Merkelin Bakı səfəri: Azərbaycan-Qərb münasibətlərinə yeni bir təkan verəcək

Kanslerin Azərbaycana gəlişi yalnız siyasi deyil, həmçinin iqtisadi baxımdan da diqqəti cəlb edir
Almaniya Kansleri Angela Merkel Qafqaza səfəri çərçivəsində sabah Bakıya gəlir. Bu səfərin önəmi, veriləcək mesajlar ciddi müzakirə olunmaqdadır.
Qərb mediasında Merkelin səfərində əsas məqsədin Avropa üçün Azərbaycanın idarə etdiyi, ”Cənub qaz dəhlizi”nin genişləndirilməsi olduğu vurğulanır. Nəşr olunan xəbərlərdə bildirilir ki, Almaniya "Cənub qaz dəhlizi”nə regiondaki digər ölkələri də cəlb etmək niyyətindədir. Merkelin Bakı gündəliyində xeyli mövzular var. O, enerji məsələlərini, Azərbaycandan qazı Türkiyə vasitəsilə Avropaya nəql edəcək infrastrukturun təkmilləşdirilməsini müzakirə edəcək. Avropanın nüfuzlu liderinin ölkəmizə səfəri siyasi çevrələrdə müəyyən aktivlik yaradıb.
İqtidarın opponentləri, o cümlədən AXCP və Müsavat rəhbərləri Merkelin səfəri ərəfəsi Azərbaycana təzyiq göstərilməsinə çağırışlar edir, məktublar yazır, hətta biri qrup müxalif fəal Almaniayda aksiya da keçirib. Həmişə olduğu kimi yenə xaricdəki havadarlarına yarınmaq istəyən bu qüvvələr Azərbaycanın milli maraqlarına kölgə salmaq niyyətlərindən əl çəkmirlər.
Etirazçların bir qismi Azərbaycanın enerji layihələrinə qarşı çıxanlardı. Anti-TAP hərəkatında müşahidə edildiyi kimi, bu qrupun arxasında Cənub Qaz dəhlizi layihəsinin Avropanın qazla təminatında alternativ mənbə olmasını istəməyən konkret dairələr durur. "Şimal- axını 2” layihəsi ilə bağlı anlaşılmazlıqlar fonunda baş tutan səfərin əsas müzakirə maddəsinin Azərbaycanın və Qərb mediasının anons etdiyi kimi, digər Xəzəryanı ölklərin karbohidrogen ehtiyatalarının Avropaya daşınması olduğundan həmin dairələr də etiraz qrupunu fəallaşdırıblar.
Digər bir qism "mühacir biznesi”nin iri fiqurlarıdır. Xəbər verildiyi kimi, iyulun 18-də sığınacaq almaq istəyən 51 azərbaycanlı Almaniyadan deportasiya edilib. Bu, "Readmissiya haqqında” sazişin tələblərinə əsasən baş tutub.
İlkin məlumata görə, deportasiya edilənlər arasında Müsavat Partiyasının üzvləri və dindarlar da olub. A. Merkel Tbilisiyə səfəri zamanı keçirdiyi mətbuat konfransında verdiyi mesajlarda da miqrant mövzusun həssaslığını göstərdi. Azərbaycan mətbuatında dərc olunan araşdırmalar isə "mühacir biznesi”ndə məhz bu təbəqələrin fəal olduğunu göstərir, görünür həmin dairələr də, "biznes maraqlarını” müdafiə etmək naminə etiraz etməyə məcburdurlar.
Üçüncü qrup isə Azərbaycan əleyhinə apardıqları kampaniyalara, işlətdikləri mediaproyektlərə ayrılan qrant vəsaitləri zəifləyən və ya tam dayanmış şəxslərdir.
Bu sırada bağlı olduqları ölkələri müdafiə naminə Azərbaycan qarşı çıxanlar da var. Almaniyada keçirilən aksiyada siyasi şiələyin qızğın tərəfdarı kimi çıxış edənlərin yer alması təsadüfi sayıla bilməz. Görünür, həmin şəxslər bağlı olduqları ölkəni gözləyən sanksiyalardan diqqəti yayındırmaq üçün hərəkətə keçmək tapşırığı alıblar.
Nəhayət, Azərbaucanın ərazi bütövlyü müzakirələirini arxa plana keçməsində maraqlı olan erməni lobbisi və ona bağlı qruplar da fəallaşıb. Səfər ərəfəsi, həmin lobbiyə bağlı media və QHT şəbəkəsi Azərbaycanda "insan hüquqlarının vəziyyətini” xüsusi canfəşanlıqla müzakirə etməkdədir. Bütün bunlar anti-Azərbaycan qüvvələrin yalnız arzuları olaraq qalacaq. Azərbaycan balaslaşdırılmış xarici siyasi xəttindən, iqtisadi inkişafından, regionun ən güclü dövlət olmaq imkanlarından bir addım belə geri şəkilməyəcək.
Bu mənada Almaniya kansleri Angela Merkelin baş tutacaq Bakı səfəri Azərbaycan-Qərb münasibətlərinə yeni bir təkan, töhfə vermiş olacaq.
Statistikaya əsasən, 2017-ci ildə Almaniyanın Cənubi Qafqaz ölkələri ilə ümumi ticarətində Azərbaycanın payı, təxminən, 66% olub. İki ölkə arasında ticarət dövriyyəsi 1 milyard dollara yaxındır.
Səfər nəticəsində Azərbaycan-Almaniya ikitərəfli əməkdaşlığı daha da inkişaf edəcək.
Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşıdır və Avropa İttifaqı ilə qarşılqlı hörmət, bərabər tərəfdaşlıq və ümumi maraqlara əsaslanan münasibətlərin inkişaf etdirilməsi istiqamətində qəti siyasi iradə nümayiş etdirir.
İqtisadçı ekspert Vüqar Bayramov da öz feysbuk hesabında bu səfərin önəmini qeyd edib:
- Almaniya kansleri Angela Merkelin Azərbaycana səfəri yalnız siyasi deyil, həmçinin iqtisadi baxımdan da diqqəti cəlb edir. Əvvəlla, Almaniya Avropa Birliyində və o cümlədən avrozonada aparıcı dövlət hesab olunur. 3 tirliyon 684 milyard dollar nominal Ümumi Daxili Məhsulu olan Almaniya iqtisadiyyatının həcminə görə Avropada birinci, dünyada isə dördüncüdür. 1.4 tirliyon dollarlıq ixracla isə Almaniya dünyada ücüncüdür. Dünya ikincisi olan Amerika Birləşmiş Ştatları ümumi ixracatda Almaniyanı cəmi 175 milyard dollarlıq üstünlüklə qabaqlayır. İkincisi, Almaniya Azərbaycanın əsas ticarət tərəfdaşlarından hesab olunur. Doğrudur, 2014-cü ildə 2.67 milyard dollarlıq ümumi ticarət dövriyəmiz ötən il 894 milyon dollaradək azalıb. Amma bunun əsas səbəbi enerji məhsullarımızın son ixrac trajektoriyasının dəyişdirilməsi ilə bağlıdır. Üçüncüsü, təxminən yarım milyard dollarlıq sərmayə qoyluşu ilə Almaniya şirkətləri son illər Azərbaycan iqtisadiyyatında aktivdirlər.
Gözlənilir ki, Almaniya kanslerinin səfəri zamanı müzakirə ediləcək iqtisadi məsələlər içərsində mavi qazın Avropaya çatdırılması və eləcə də ölkəmizin Avropa Birliyi ilə aparılan danışıqlar üstünlük təşkil edəcək. Cənubi Qaz Dəhlizi əsasən Cənubi Avropaya hədəflənsə də Almaniya bu təşəbbüsü fəal dəstəkləyənlərdəndir. Avropa aparıcısı bununla qitədə enerji asılılığını mərhələli şəkildə azaltmağa çalışır. Xəzərin statusunun razılaşdırılmasından sonra isə Qərb Türkmənistanın da Cənub Qaz Dəhlizinə qoşulacağına ümid edir. Almaniyanın Qafqaz siyasəti üçün Avropa Birliyi ilə Azərbaycan arasında müzakirə edilən və imzalanması gözlənilən yeni strateji tərəfdaşlıq sazışı də ciddi əhəmiyyət daşıyır. Çünki bu anlaşmalar sadəcə siyasi deyil, eyni zamanda iqtisadi əməkdaşlığı təşviq edir. Bütövlükdə, Almaniya kanslerinin Qafqaz və o cümlədən Bakı səfəri qısa müddətli olsa da belə region üçün əhəmiyyətli hesab oluna bilər.
Turan