Məşhur aktyor sərxoş olub, təyyarəni bir-birinə qatdı




Aktyor Erkan Petekkayanın sərxoş olub, təyyarədə dava etdiyi haqda xəbərlər yayılıb.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, sosial şəbəkədə aktyorun təyyarədən düşürülərkən çəkilmiş videosu yayılıb və aktyorun sərxoş olduğu üçün problem yaratdığı bildirilib.

Lakin yayılan videoda Petekkayanın "Əziz dostlar, mən heç nə etməmişəm. Onlar sosial şəbəkədə izləyici toplamaq üçün mənə şər atırlar. And içirəm ki, mən heç nə etməmişəm”, sözləri diqqət çəkib.

Erkan Petekkayanın videosunu izləyən prodüser Mustafa Uslu ona dəstək olub. O, bildirib ki, aktyora böhtan atılır.