Məşhur Hollivud aktyoru Xocalı soyqırımı haqqında film çəkəcək





Məşhur Hollivud aktyoru, rejissor Mel Gibson Xocalı soyqırımı haqqında film çəkəcək. Film "Icon Productions" kinoşirkəti tərəfindən ssenariləşəcək.

"Sherg.az"ın xəbərinə görə, film barədə danışan Mel Gibson deyib ki, o, Xocalı şəhərinin əhalisinin üzləşdiyi faciəyə görə şok yaşayıb: 

"Sülhsevərlərə qarşı belə bir qəddarlıq, hətta müharibə dövründə də çox nadir haldır. Mən çoxuşaqlı İrlandiyalı katolik ailəsində doğulmuşam və İrlandiyalıların qurbanları mənə yaxşı tanışdı. 

Xocalı hekayəsi ilə tanış olanda bu qətllərin ölüm səhnələri ilə dolu hansısa filmdən olduğunu düşündüm, ancaq bütün bunların həqiqət olduğu ortaya çıxdı”.

Mel Gibsona məxsus "Icon Productions" film şirkətinin layihəsi 2020-ci ilin əvvəlində başlayacaq. Çəkilişin Türkiyənin İqdır bölgəsində aparılması planlaşdırılır. ABŞ-da fəaliyyət göstərən Azərbaycan lobbisi də filmin çəkilişi üçün aktyora dəstək verəcəklər.

İsmayıl