Məşhur müğənni ABŞ-a sərt reaksiya verdi: Kim bilir nə qədər günahsız Fələstinli uşaq...

Müsəlmanlığı qəbul edən Amerikalı məşhur müğənni Della Miles, ictimai media hesabından Fələstinə dəstək mesajı yayıb.
ABŞ lideri  Donald Trampın "Colan təpələri üzərində İsrailin suverenliyini rəsmi tanımasını" elan edərək qərarı imzalaması və axşam saatlarında İsrail güclərinin mühasirəsi altında olan Qəzzanı vurmağa başlamasına qarşı  məşhur müğənni Instagram hesabından bunları yazdı:
"Bu utancverici və haqsız Amerika qərarından ötəri kim bilir nə qədər  günahsız Fələstinli uşaq ailələrindən qopacaq? Colan təpələrinin tək və gerçək sahibi heç şübhəsiz Allahdır. Allah sizinlə birlikdədir, Fələstin… Allah səbrli olanları sevər. İndi Fələstin üçün səbrli olmağın zamanıdır. Ürəyim səninlə döyünür,  Fələstin". 
Maykl Cekson  başda olmaqla  bir çox məşhur sənətçinin vokalistliyini edən Miles, qısa bir müddət əvvəl ziyarət üçün gəldiyi Türkiyədə müsəlman olduğunu açıqlamışdı. 
Turan