Messi zədə aldı - Millinin oyununa qatılmayacaq





DÇ-2018-dən sonra Argentina millisinin heyətində ilk dəfə matça çıxan futbol ulduzu Lionel Messi zədələnib.

Oxu.az-ın xəbərinə görə, Venesuela komandası ilə oyun zamanı zədələnən 31 yaşlı futbolçu komandasının heyətindən çıxarılıb. Onun yoxluğu özünü göstərib. Venesuela yoxlama görüşündə Argentinanı 3:1 hesabı ilə məğlub edib.

Messi bu səbəbdən millinin martın 26-da Mərakeşlə yoxlama görüşünü buraxmalı olacaq.