Metro işçisi arvadını amansızlıqla öldürdü

Qısqanclıq zəminində həyat yoldaşını ölürən kişi könüllü olaraq polisə təslim olub




Bakıda qətl hadisəsi baş verib. Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Aşiq Qərib küçəsi 69 A ünvanında yerləşən binanın qarşısında qeydə alınıb.
Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü İlham Elləz oğlu Süleymanov qısqanclıq zəminində həyat yoldaşı, 1979-cu il təvəllüdlü Məhəbbət Nəriman qızı Süleymanovanın başını kəsərək qətlə yetirib.
Hadisəni törədən İ. Süleymanov Nərimanov Rayon Polis İdarəsinə gələrək təslim olub.
Polisdən qətl hadisəsi törədən şəxsin Bakı Metropolitenində elektrik-mexanik işlədiyi bildirilib.
Bakı şəhər Baş Polis İdarəsi və Bakı şəhər Prokurorluğu bu gün Bakıda törədilən dəhşətli qətl hadisəsi ilə bağlı məlumat yayıb. Prokurorluqdan Lent.az-a verilən məlumata görə, yanvarın 26-da saat 12 radələrində paytaxtın Nərimanov rayon sakini 1973-cü il təvəllüdlü Süleymanov İlham Elləz oğlunun qısqanclıq zəminində yaşadığı evdə arvadı 1979-cu il təvəllüdlü Süleymanova Məhəbbət Nəriman qızının boğaz və bədəninin digər nahiyələrinə çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
İ.Süleymanov daha sonra rayon hüquq-mühafizə orqanlarına könüllü gələrək təslim olmuş və o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə istintaq tədbirləri davam edir.