Guya stansiyanı təmir edəcəklər
Metsamor AES noyabra kimi fəaliyyətini dayandırdı
20:09 14.09.2016
Arxiv
492
“Amma bu, mümkün deyil. Çünki stansiyadakı bütün cihazlar keçmiş sovet texnologiyasının məhsuludur”
Guya stansiyanı təmir edəcəklər
Guya stansiyanı təmir edəcəklər
Ermənistanın Metsamor Atom Elektrik Stansiyası (AES) təmir işləri ilə əlaqədar fəaliyyətini dayandırır. Bunu stansiyanın direktoru Movses Vardanyan bildirib.
Direktor vurğulayıb ki, AES-də təmir işləri sentyabrın 20-də başlayacaq: "Təmir işləri 61 gün davam edəcək və noyabrın 20-də yekunlaşacaq. Bu tarixdən sonra yenidən istismara veriləcək”. Xatırladaq ki, Azərbaycan və Türkiyə rəsmiləri, ictimai təşkilatları Ermənistan AES-in bölgəni radioaktiv tullantılarla çirkləndirdiyini dəfələrlə bəyan edib və stansiyanın bağlanmasını beynəlxalq təşkilatlardan tələb ediblər. Düşmən ölkədə yetişən təhlükə ilə bağlı "Şərq”ə danışan siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev deyib ki, Metsamor stansiyası zəlzələ zonasında yerləşir. Bu qədər aktiv ərazidə yerləşən atom stansiyası hər an ciddi faciəyə səbəb ola bilər: "1990-cı illərdə ermənilər Metsamoru təmirə bağlamışdılar. Guya onun reaktorunu təmir etmək istəyirdilər. Amma bu, mümkün deyil. Çünki stansiyadakı bütün cihazlar keçmiş sovet texnologiyasının məhsuludur. Bu səbəbdən onların bərpası mümkünsüzdür. Hətta Yaponiya qədər inkişaf etmiş ölkə belə zəlzələdən sonra atom elektrik stansiyasını izolyasiya edə bilmədi. Bərbad durumda olan Ermənistan atom stansiyasını təmir edə bilərmi? Əlbəttə, yox. Bütün bunlar baş qatmaq, dünya ictimaiyyətini aldatmaq üçün ortaya atılmış məsələlərdir. Əslində heç bir təmirdən söhbət getmir”. Politoloqun sözlərinə görə, Ermənistan Metsamoru bərpa etmək üçün Avropa Birliyindən 300 milyon avro istəyir. Amma anlamırlar ki, faciə baş versə, heç bir məbləğ onları qorumayacaq: "Ən qorxulusu odur ki, Metsamor stansiyasına bir şey olsa, ətrafda ölənlərin hamısı müsəlmanlar olacaq. Çünki Ermənistana qonşu olanlar türklər, azərbaycanlılar və Gürcüstanda yaşayan soydaşlarımızdır. Yəni Allah eləməsin, istənilən partlayışda ölən 5 nəfərdən 4-ü müsəlman olacaq. Hələ ki, Ermənistan bomba ilə oynayır, nə vaxt partlayacağını Allah bilir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya