Meyarlar düzgün və şəffaf formada hazırlanmalıdır
10:46 30.03.2019
Arxiv
542
"Təxmini hesablarımıza görə, 5 minə yaxın insan faktiki müharibə əlili olmadığı halda əlil sənədlərindən istifadə edir"
Əlilliyin təyin olunması ilə bağlı Azərbaycan üzrə yeni meyarlar hazırlanıb. Bu barədə Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev açıqlama verib.
"Yaxın vaxtlarda bu qanun layihəsi Milli Məclisə təqdim ediləcək. Bunun üçün bizə yeni donorlar lazımdır. Çünki Azərbaycanda heç bir həkim əlilliyin beynəlxalq sahədəki meyarlarla təsnifatlaşdırılmasını bilmir”.
Nazir qeyd edib ki, hazırda əlillik elə bir mexanizm ilə müəyyən edilir ki, heç onu Əmək və Əhalinin Sosial Nazirliyi görmür: "Həkimlərin müayinəsi əsasında elektron məlumat nazirliyə daxil olur. Biz bu məlumata əsasən əlilliyi ya təsdiq edir, ya da etmirik”.
"Əlilliklə bağlı yeni meyarların 2020-ci il yanvarın 1-dən etibarən qüvvəyə minməsini gözləyirik. Növbəti qarşımızda duran dövr ərzində, yəni 2019-cu ilin ikinci yarısında artıq qanun qəbul edildikdən sonra ciddi bir təlim proqramı vasitəsilə bütün aidiyyəti həkimlərimizə təlim və treninqlər keçəcəyik”, - deyə nazir qeyd edib.
Əlilliyin təyin olunması zamanı müəyyən xoşagəlməz hallar yaşanıb. Sənədlərin verilməsində bəzi hallarda saxtakarlıqlar da olurdu. Maraqlıdır, yeni meyarlar necə hazırlanmalıdır ki, neqativ hallara son qoyulsun?
Vətən Müharibəsi Əlilləri İctimai Birliyinin sədri, Qarabağ qazisi Firudin Məmmədov "Şərq”ə bildirib ki, son illərdə xüsusilə müharibə əlillərinin təyin olunması ilə bağlı neqativ hallar yaşanır:
"Təxmini hesablarımıza görə, 5 minə yaxın insan faktiki müharibə əlili olmadığı halda əlil sənədlərini əldə edərək Azərbaycan dövlətinin büdcəsindən istifadə edirlər. Hesab edirik ki, meyarlar düzgün və şəffaf formada müəyyən edilmiş olsaydı, bu gün dövlətin büdcəsinə qənaət edilməklə yanaşı, həm də Qarabağ müharibəsi əlilləri ilə həqiqi müharibə əlilləri olan insanların hüquqlarının pozulmasının qarşısı alınmış olardı. Düşünürəm ki, meyarların qəbul olunması ilə bağlı beynəlxalq təcrübədən ciddi formada istifadə olunmalı, bununla yanaşı yerlərdə əlilliyin təyin olunması ilə bağlı ixtiyar sahibi olanlar neqativ hallara yol verərkən ciddi formada cəzalandırılmalıdır. Belə olan təqdirdə mənfi halların qarşısını almağa nail olmaq mümkündür”.
F.Məmmədov bildirib ki, əlilliyin təyin olunması ilə bağlı bir neçə dəfə islahatlar aparılıb: "Əlilliyin təyin olunması ilə bağlı hər dəfə yeni təyin olunmuş nazir neqativ hallardan ağız dolu danışmağa başlayır.
Nəticədə zərbə dövlətimizə və onun büdcəsinə dəyir. Həqiqətən də əlil olan insanlarla yalandan əlillik dərəcəsi alan insanlar arasında ədalətsizlik baş verir. Kimsə əlil olmadığı halda əlillərin payına şərik olmağa başlayır. Ev, maşın növbəsinə girir. Saxta yollarla əlillik almış insanlar daha aktiv olaraq dövlətdən müxtəlif imtiyaz və güzəştlərin alınmasında iştirak edirlər. Çünki həqiqətən də əlilliyi olan insanların hərəkət etmə məhdudiyyəti var və onlar belə işlərdə çox da bacarıqlı deyillər. Ona görə də passivdirlər. Amma baxırsan ki, biri olduqca sağlamdır, saxta yollarla əlillik dərəcəsi alır və 2-ci, 3-cü qrup əlil kimi gedir. Müdafiə Nazirliyi müharibə əlillərinin, Azərbaycanın ərazi bütövlüyü uğrunda sağlamlığını itirmiş insanların təyin olunması ilə bağlı ciddi işlər görməlidir”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bazara “Xırçıldayan ləzzət” gəlir
17:03 20.05.2026
İqtisadiyyat
WUF13-ə onlayn qeydiyyat bərpa edilib
16:44 20.05.2026
Cəmiyyət
“Sədaqətin Sükutu” layihəsinin hazırlıq mərhələsi başlayıb
16:42 20.05.2026
Ölkə
Şagirdlərin elektron yerdəyişməsi müvəqqəti dayandırılacaq
16:34 20.05.2026
Elm və Təhsil
“CHP haramın sığınacağı ola bilməz” - Kılıçdaroğludan sərt mesaj
16:26 20.05.2026
Gündəm
Su çəkildikcə dərələrdə qram-qram qızıl yığırlar
16:20 20.05.2026
Maraqlı
İtlərdə ağız qoxusuna qarşı inqilabi kəşf - Alimlər tapdı
16:14 20.05.2026
Sağlamlıq
Azərbaycan şəhərsalmada Çin modelindən öyrənməlidir - Professor
16:02 20.05.2026
Aktual
Rusiya MN: Ukraynanın son sutkada 780 PUA-sı vurulub
15:53 20.05.2026
Dünya
"Arsenal"ın 16 yaşlı futbolçusu tarix yazdı
15:19 20.05.2026
Futbol
Moskva və Pekin “Qızıl Günbəz” layihəsini tənqid edib
15:15 20.05.2026
Dünya
Minimum tarif Bakı-Tbilisi marşrutu üçün 81 manatdır
15:07 20.05.2026
Aktual