Mikayıl Cabbarov: Məqsəd kiçik və orta biznesin üzərindən vergi yükünü qaldırmaqdır
13:19 27.03.2019
Arxiv
472
Amerikalı tanınmış jurnalist Con Batçelor 2018-ci ilin sonlarında Azərbaycanda həyata keçirilmiş vergi islahatları barədə məlumatlandırılıb.
Vergilər Nazirliyindən "Sherg.az"a verilən məlumata görə, nazir Mikayıl Cabbarovla müsahibəsi zamanı amerikalı jurnalistin diqqətinə çatdırılıb ki, bu islahatları həyata keçirməkdə məqsəd kiçik və orta biznesin üzərindən vergi yükünün qaldırılması yolu ilə qeyri-neft sektorunun inkişafını təmin etməkdir.
Müsahibədə Azərbaycanda kənd təsərrüfatı sektorunun ümumiyyətlə vergidən azad edildiyi vurğulanıb, bunun adıçəkilən sektorun inkişafını təmin etməklə bərabər, ölkənin kənd təsərrüfatı məhsullarının xarici ölkə bazarlarında satışı zamanı rəqabətliliyinin artmasına səbəb olduğu bildirilib. Qeyd olunub ki, vergi siyasəti iqtisadi inkişafı təmin etdiyi kimi, ölkənin iqtisadi inkişaf səviyyəsi də vergi siyasətinə önəmli təsir göstərir.
Bu baxımdan Vergilər Nazirliyinin ölkəmizin İqtisadiyyat və Maliyyə nazirlikləri ilə yaxından işlədiyi diqqətə çatdırılıb.
Həmçinin bildirilib ki, ölkəmizdə inkişaf yalnız paytaxtda deyil, regionlarda da baş verir. Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq regionların sosial infrastruktur layihələrinə 10 milyardlarla manat sərmayə yatırılıb, üç mindən çox məktəb, altı yüzdən çox xəstəxana tikilib və on minlərlə kilometr uzunluğunda yollar çəkilib. Sonda qeyd olunub ki, Azərbaycanda əlverişli biznes mühiti yaradılıb və bu fakt Dünya Bankının "Doing Business 2019” hesabatında da öz əksini tapıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət