"Millət ayaqda durmağı bacardı": Ərdoğan Türkiyə iqtisadiyyatına hücumlardan danışdı



"Türkiyə iqtisadiyyatına hücumlar zamanı uğurun əsas təminatçısı türk xalqının qətiyyətidir”.

Sherg.az- ın "Anadolu”ya istinadən verdiyi məlumata görə, Malazgirtdə tarixi qalibiyyətlə bağlı müraciətində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O qeyd edib ki, Türkiyəyə qarşı çoxsaylı daxili və xarici hücumlara rəğmən, millət Malazgirtdə qalibiyyətin ruhuna sadiqliyi hesabına ayaqda durmağı bacarıb.