Millət vəkili prezidentə təşəkkür etdi





Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov ölkə başçısına təşəkkür edib. "Sherg.az"-ın xəbərinə görə, millət vəkili prezidentin vəkillər və cəza siyasətinin yüngülləşdirilməsindən danışarkən deyib ki, nümayəndəlik institutu ləğv edilən zaman çoxları narahat olub: 

"Prezidentə təşəkkür edirəm ki, vəkillər, cəza siyasətinin hümanistləşdirilməsi ilə bağlı fərman verdi. Bu fərman ictimaiyyət tərəfindən müsbət qarşılanıb. Biz gördük ki, cənab prezident insanların hüquqları ilə bağlı problemləri həll etdi. Bu, çox müsbət addımdır. 

Qeyd edim ki, prezidentin təkcə fevralda imzaladığı fərmanla 1500 nəfərin cəzası yüngülləşdirilir və onların cəzanın çəkilməyən hissəsindən azad edilməsi prosesi başlayır. 

Bu özü əslində əfvdir. Son illər ölkədə çoxlu sayda əfv və Amnistiya aktı qəbul edilib, kifayət qədər insan azadlığa buraxılıb. Bizim keçmiş həmkarımız, I vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Amnistiya aktı qəbul edilib”.

Anar