Milli Məclisdə 19 məsələ müzakirə olunacaq





Bir neçə dəqiqədən sonra Milli Məclisin növbəti plenar iclası öz işinə başlayacaq. "Sherg.az" bildirir ki, iclasın gündəliyinə daxil olan 19 məsələ müzakirə olunacaq.

Bunlar, "Patent haqqında” qanuna dəyişiklik, "Əmtəə nişanları və coğrafi göstəriciləri haqqında” qanuna dəyişiklik, "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” qanuna dəyişiklik, "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanuna dəyişiklik, "Dövlət rüsumu haqqında” qanuna dəyişiklik, "Baytarlıq haqqında” qanuna dəyişiklik, "Azərbaycan avtomobil yolları – 100 il (1918-2018)” yubiley medalı təsis edilməsi, "Fitosanitar nəzarəti haqqıda” qanuna dəyişiklik, "Yeyinti məhsulları haqqında” qanuna dəyişiklik, "Standartlaşdırma haqqında” qanuna dəyişiklik, "Sanitariya-epidemioloji salamatlıq haqqında” qanuna dəyişiklik, "Yol hərəkəti haqqında” qanuna dəyişiklik, "Standartlaşdırma haqqında” qanuna dəyişiklik, Miqrasiya Məcəlləsinə dəyişiklik, İnzibati Xətalar Məcəllərinə dəyişiklikdir. İclasda həmşinin "Texniki təmizləmə haqqında” qanun layihəsi I oxunuşda müzakirə ediləcək.

Anar