Milli Məclisdə marşrut avtobusları ilə bağlı problemlər müzakirə olunub
09:25 05.10.2018
Arxiv
575
Milli Məclisin bu gün keçirilən plenar iclasında Bakıdakı marşrut avtobuslarında baş verən problemlər müzakirə olunub.
"Sherg.az” xəbər verir ki, deputat Fəzail Ağamalı çıxışı zamanı bu sahədə fəaliyyət göstərən şirkətlərə ciddi nəzarət olunmasını təklif edib.
O xatırladıb ki, bugünlərdə sərnişin daşıyan avtobusun qatarla toqquşması nəticəsində iki nəfər ölüb, xeyli insan yaralanıb: "Bu, bizim hər birimizi kədərləndirdi. Bu, ilk belə hadisə deyil və buna bənzər hadisələr bir neçə dəfə baş verib. Bakının küçələrində şütüyən avtobuslar kifayət qədər ciddi problemlər yaradırlar. Ümidvaram ki, belə hadisənin səbəbkarı olan sürücü cəzasını alacaq”.
Deputat qeyd edib ki, həmin sürücüləri işə qəbul edən, ictimai nəqliyyatı tənzimləyən və belə bir səlahiyyəti olan özəl şirkətlərə hər hansı bir cəza tətbiq olunmur.
Onun sözlərinə görə, bəzi avtobuslarda gediş haqqı karta ödənildiyi halda, bir çoxlarında bu tətbiq olunmadığı üçün ciddi problemlər yaradır.
Deputat təklif edib ki, gələcəkdə həmin sürücüləri işə cəlb edən, onların üzərində yetərincə nəzarət funksiyasını yerinə yetirməyən şirkətlərin də məsuliyyətini artırmaq üçün Cinayət və inzibati Xətalar Məcəlləsinə konkret əlavələr olunmalıdır.
Digətr deputatlar da bu məsələ ilə bağlı fikirlərini bildiriblər.
Anar
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyanın on diplomatı Macarıstandan qovuldu
14:03 08.09.2026
Dünya
ABŞ-ın sülh planı Ukraynanın kapitulyasiyasını rəsmiləşdirir - RƏY
13:57 08.09.2026
Gündəm
Rusiyanın Kiyevə gecə hücumu: Xəsarət alanların sayı 16-ya çatıb
13:02 08.09.2026
Dünya
Messi və Ronaldu bu dəfə komanda yoldaşı olacaqlar
12:14 08.09.2026
Futbol
Yəmən ordusu husiləri darmadağın edir - Ərazilər azad olundu
11:57 08.09.2026
Dünya
İstanbul meşələrində yaşayan vəhşi heyvanlar
11:45 08.09.2026
Maraqlı
Zaxarova: Ukrayna terrorizmin ixracına üstünlük verir
10:49 08.09.2026
Dünya
Tramp 4 ölkəni ABŞ ərazisi kimi göstərən xəritə paylaşıb
10:21 08.09.2026
Dünya
Tramp: Neftin qiyməti kəskin şəkildə düşəcək
10:09 08.09.2026
Gündəm
Saratova Ukrayna PUA-ları ilə hücum zamanı 10 nəfər yaralanıb
10:07 08.09.2026
Dünya
Kiyev: Uittkoff və Kuşner əvvəlkindən daha pis təkliflər gətirdi
10:00 08.09.2026
Dünya
Putindən Ermənistanla bağlı sərt qərar
09:59 08.09.2026
Gündəm
Rusiya bir gecədə 384 Ukrayna PUA-sını vurdu
09:55 08.09.2026
Dünya