
Milli Məclisdə Qarabağ mitinqi tənqid edildi: "İnsanları mitinqlərə çağıranların övladları, görəsən, müharibə olsa, gedəcəklərmi?"
08:45 05.10.2018
Arxiv
813
"Qarabağ Azərbaycanındır, burada sənin, mənim məsələsi yoxdur" "Necə ki vaxtilə "bir maşın erməni başı gətirəcəyik" deyənlər, həmin mitinqdə ön sırada dayanmışdılar"
"Qarabağ problemi ilə bağlı danışıqlar prosesi gedir və bu məsələdə bütün səlahiyyət ölkə prezidentinindir. Mintinq keçirənlər belə əcaib arqumentlər gətirirlər ki, bəs Qarabağ məsələsi ilə bağlı cənab prezidentə hansısa təzyiqlər var, onlar da bu təzyiqlərin qarşısını almaq istəyirlər… Bu, nə arqumentdir? Azərbaycan xalqı prezident seçkilərində cənab prezidentə mandat, səlahiyyət verib və Qarabağ məsələsində bütün səlahiyyət onun üzərindədir".
Sherg.az-ın xəbərinə görə, bu sözləri Milli Məclisin bugünkü iclasında hakim Yeni Azərbaycan Partiyasından olan deputat Siyavuş Novruzov deyib. Millət vəkili Qarabağ mitinqi keçirənləri qınayıb:
"Bu mitinq əslində erməni dəyirmanına su tökməkdir. Qarabağ münaqişəsi ilə bağlı cənab prezident özü ən sərt şəkildə mövqeyini ortaya qoyub. Amma bunlar gülünc arqumentlərlə ortaya düşüblər. Qarabağ Azərbaycanındır, burada sənin, mənim məsələsi yoxdur".
S.Novruzov qeyd edib ki, Azərbaycan problemin həllində sülh danışıqlarına üstünlük verir. Amma lazım gəlsə, torpaqlarımızı digər vasitələrlə də azad edəcəyik. İndi insanları mitinqlərə çağıranların övladları, görəsən, müharibə olsa, gedəcəklərmi?.. Onlara demək istəyirəm ki, insanların hissiyatı ilə oynamasınlar”.
Deputat vurğulayıb ki, bu məsələ kimlərəsə terror etməyə hüquq verməyib:

"Bir milyon qaçqını təhdid etməklə nəyə xidmət edirlər? Bu gün onlar üçün evlər, mənzillər tikilir. Təbii ki, onlar öz yurd-yuvalarına qayıdacaqlar. Lakin onları mənəvi terrora məruz qoymağa, onları aşağılamağa heç kimə hüquq verilməyib. Milli Məclis üzvləri və hər kəs bilir ki, Dağlıq Qarabağ münaqişəsi hər hansı futbol meydançasında keçirilən mitinqlə həll olunan məsələ deyil. Dağlıq Qarabağ məsələsi Ali baş Komandanın rəhbərliyi ilə beynəlxalq hüquq çərçivəsində, qanuni yolla azad olunacaq. Necə ki vaxtilə "bir maşın erməni başı gətirəcəyik" deyənlər, həmin mitinqdə ön sırada dayanmışdılar. Çünki, onlar bulanıq suda balıq tutmağa çalışırlar. Azərbaycanın ərazi bütövlüyü onlar üçün əsas şərt deyil, onlar üçün əsas şərt belə oyunlarda oyunbazlıq etməkdir. Azərbaycan xalqı da bunu görür və bunun nəticəsi olaraq da,həmin insanları baykot edir. Çünki, məhz həmin insaların ucbatından bu gün qaçqın və məcburi köçkünlər öz torpaqlarını itiriblər, evlərindən didərgin düşüblər".
Anar
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyanın on diplomatı Macarıstandan qovuldu
14:03 08.09.2026
Dünya
ABŞ-ın sülh planı Ukraynanın kapitulyasiyasını rəsmiləşdirir - RƏY
13:57 08.09.2026
Gündəm
Rusiyanın Kiyevə gecə hücumu: Xəsarət alanların sayı 16-ya çatıb
13:02 08.09.2026
Dünya
Messi və Ronaldu bu dəfə komanda yoldaşı olacaqlar
12:14 08.09.2026
Futbol
Yəmən ordusu husiləri darmadağın edir - Ərazilər azad olundu
11:57 08.09.2026
Dünya
İstanbul meşələrində yaşayan vəhşi heyvanlar
11:45 08.09.2026
Maraqlı
Zaxarova: Ukrayna terrorizmin ixracına üstünlük verir
10:49 08.09.2026
Dünya
Tramp 4 ölkəni ABŞ ərazisi kimi göstərən xəritə paylaşıb
10:21 08.09.2026
Dünya
Tramp: Neftin qiyməti kəskin şəkildə düşəcək
10:09 08.09.2026
Gündəm
Saratova Ukrayna PUA-ları ilə hücum zamanı 10 nəfər yaralanıb
10:07 08.09.2026
Dünya
Kiyev: Uittkoff və Kuşner əvvəlkindən daha pis təkliflər gətirdi
10:00 08.09.2026
Dünya
Putindən Ermənistanla bağlı sərt qərar
09:59 08.09.2026
Gündəm
Rusiya bir gecədə 384 Ukrayna PUA-sını vurdu
09:55 08.09.2026
Dünya