"Minsk qrupu bizə əsgərimizin meyitini qaytaran deyil" - AÇIQLAMA




"Bütün dünya siyasəti ikili standartlar üzərində qurulduğundan Minsk qrupundan da konkret mövqe gözləməməliyik".

Bunu Sherg.az-a ATƏT-in Minsk Qrupunun ötən ilin dekabrında azərbaycanlı hərbçinin meyitininin vətəninə qaytarılmasına dair çağırışına münasibət bildirərkən, politoloq Zərdüşt Əlizadə deyib. 

O bildirib ki, Minsk qrupunun bəyanat verməkdən başqa heç bir imkanı yoxdur:

"Bu problemlə bağlı Ermənistan tərəfinə müəyyən sanksiyaların tətbiq edilməsi də Minsk qrupunun səlahiyyətlərinə aid deyil. Həmsədrlər yalnız münaqişə tərəflərinə çağırış və vasitəçilik səlahiyyəti var. Münaqişənin dərinləşdirilməməsi və kəskin münasibətlərə keçilməməsi istiqamətində tədbirlər görməlidir. İkili standartlara gəldikdə isə, münaqişə tərəflərinə bu mexanizm həyata keçirilir. Nəzərə almaq lazımdır ki, istənilən dünya dövləti ikili standartlarla siyasət yeridir. Hətta insanlar da şəxsi həyatlarında ikili standartlarla yaşayırlar”.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistanı ötən ilin dekabrında Ermənistan-Azərbaycan sərhədində insident zamanı həlak olmuş azərbaycanlı hərbçinin meyitini dərhal vətəninə qaytarmağa çağırıb.

Ayyət Əhməd