Mixail Zabelin Ermənistanın Rusiyadakı səfirinə açıq məktub göndərib
11:17 04.03.2019
Arxiv
673
Milli Məclisin deputatı, Azərbaycan Rus İcmasının sədri Mixail Zabelin rusiyalı deputatların Bakıda keçirilən yürüşdə iştirakına görə Ermənistanın Rusiyadakı səfiri Vardan Toqayanın hiddətlənməsi ilə əlaqədar ona açıq məktub göndərib.
"Sherg.az" AZƏRTAC-a istinadən məktubu təqdim edir: "Cənab səfir. Təəssüf ki, siz haqlısınız. Rusiya dövləti Ermənistana həmişə ciddi kömək göstərib və göstərir, onu dəstəkləyib və dəstəkləyir. Rusiyanın sayəsində Ermənistan dövlətinin və erməni xalqının sosial-iqtisadi vəziyyəti hələ "mövcudluğunu” davam etdirir və "o, köpəyoğludur, amma bizim köpəyoğludur” prinsipi əsas götürülməklə Ermənistana hər şeyi bağışlayırlar.
Rusiyalı bir sıra parlamentarilərin və bəzi ictimai xadimlərin mövqeyinə görə sizin hiddətlənməyinizin səbəbi tamamilə aydındır, axı onlar Ermənistandan icazə istəmədən Xocalı faciəsinin qurbanlarına abidə önünə çiçəklər qoymağı, qolları heç bir təqsiri olmayan Xocalı sakinlərinin – qocaların, qadınların və uşaqların qanına dirsəyə qədər bulaşmış erməni nasistlərin hərəkətlərinə obyektiv münasibət bildirməyi özlərinə rəva görüblər.
Ermənistanın faşist ideologiyasının və Rusiyaya qarşı mübarizənin rəmzinə çevrilmiş nasist cani Qaregin Njdenin timsalında nasizmin təriflənməsinə və qəhrəmanlıq kimi qələmə verilməsinə görə monomillətli, millətçi Ermənistanı kim qınaya bilər?!
Ermənistanda rus əhalinin və rus dilinin sıxışdırılmasına, rus məktəblərinin bağlanmasına görə Ermənistanı kim qınaya bilər?!
"Dənizdən dənizə böyük Ermənistan” kimi şovinist və "böyük millətçilik” arzusu naminə terrorizmə, qonşu dövlətin ərazisinin 20 faizinin işğal edilməsinə görə Ermənistanı kim qınaya bilər?!
Siz Rusiya ilə "dostluq və səmimi münasibətlər körpüləri salınması” barədə danışanda yəqin ki, Ermənistanın bu siyasətini nəzərdə tutursunuz.
Xoşbəxtlikdən, böyük Rusiyada nasist ideologiyasını əsas tutan Ermənistanın şovinist, millətçi siyasətinin nəyə gətirib çıxara biləcəyini anlayan siyasətçilər və ictimai xadimlər çoxdur və Rusiyanın "öz köpəyoğlusunun” hərəkətlərinə səbri tükənməz deyil”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qarabağ" "Tvente" ilə oyuna bu heyətlə çıxır
19:20 27.08.2026
Futbol
Lukaşenko Rusiyaya səfər etdi
19:10 27.08.2026
Dünya
Ərdoğan Tokayevlə danışdı
18:59 27.08.2026
Gündəm
Skott Bessent İranı maliyyə resurslarını xalqa ayırmağa çağırıb
18:35 27.08.2026
Dünya
Planetin ən çox istehlak olunan əti…
18:18 27.08.2026
Maraqlı
“Kərkinin Azərbaycana qaytarılması mümkündür” - Ədalət Verdiyev
17:49 27.08.2026
Aktual
Qazaxıstan Qəzzada qoşun yerləşdirəcək
17:47 27.08.2026
Aktual
600-dən çox bal toplayan 30 abituriyent qəbul olunmadı
17:40 27.08.2026
Elm və Təhsil
Ağ Ev: Hazırda İranla danışıqlar aparılmır
17:25 27.08.2026
Dünya
“Bosniya qəssabı” Ratko Mladiç ölüb
17:18 27.08.2026
Gündəm
“Qarabağ”- “Tvente” oyunundan əvvəl fan zona təşkil olunacaq
17:06 27.08.2026
Cəmiyyət
Qaluzin: ABŞ-nin Ukrayna ilə bağlı mövqeyi dəyişib
16:40 27.08.2026
Dünya
Paşinyan: Ermənilər SSRİ-ni unudurlar
16:30 27.08.2026
Gündəm
"Balıqçılıq haqqında" qanun qüvvəyə minib
16:07 27.08.2026
Futbol
Rusiya edam cəzası verilən Bəşər Əsədi Suriyaya qaytrarır?
16:01 27.08.2026
Dünya