Moskva sakinlərinə qarğalardan qorunmaq üçün çətirdən istifadə etmək tövsiyə olunub




Ornitoloqlar Moskva sakinlərinə qarğalardan qorunmaq üçün çətirlə gəzməyi məsləhət görüblər.

AZƏRTAC xəbər verir ki, "Ornitariy” layihəsinin rəhbəri Vadim Mişin yaz aylarında və yayın əvvəllərində, qarğaların yuva qurub bala çıxardıqları dövrdə çox aqressiv, hətta təhlükəli olduqlarını bildirib. Ornitoloq belə hallarda qarğalardan çətirlə qorunmağı və yuvanın olduğu yerdən dərhal uzaqlaşmağı məsləhət görüb.