Moskva: Sərhədlərimiz yaxınlğında ABŞ zirehli briqadası...




"Rusiya öz sərhədlərinə Amerikanın zirehli briqada yerləşdirməsi halını pisləyir". 

"Sherg.az" "Lefigaro.fr"ə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaçenkov  məlumat verib. 

Xəbərdə deyilir ki, bu addımı ilə ABŞ inkar etdiyi NATO Rusiya razılaşmasının şıərtlərini pozur: " ABŞ Polşa və Baltikyanı ölkələrdə  2 zirehli briqadasını öz hərbi texnikası ilə yerləşdirib.  Bu da 1997-ci ildə Rusiya ilə NATO arasında əldə olunmuş sazişin pozulması deməkdir".

Tərcümə etdi: Ayyət ƏHMƏD