Moskvada bomba həyəcanı: Ticarət mərkəzi boşaldıldı





Rusiyanın paytaxtı Moskvada yerləşən "Oxotniy Ryad” ticarət mərkəzinə bomba qoyulması ilə bağlı polisə məlumat daxil olub.

Axar.az xəbər verir ki, bu məlumatdan dərhal sonra 4 minə yaxın insan ticarət mərkəzinin yerləşdiyi binadan təxliyə edilib.

Hazırda bombanın tapılması istiqamətində axtarışlar aparılır.