Moskvada erməni təxribatı
14:01 29.01.2018
Arxiv
510
Ermənilər Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində istehsal etdikləri spirtli içkini "Artsax tutovıy" adı altında Rusiya bazarına çıxarıblar.
APA-nın Moskva müxbirinin məlumatına görə, paytaxtın "Aşan", "Lenta" və bir sıra böyük mağazalar şəbəkələrində satışa çıxarılan məhsulun istehsalçısı kimi Ermənistanın "Artsax Brandy Company" Açıq Səhmdar Cəmiyyəti göstərilib. Məhsulun istehsal olunduğu yerin ünvanı isə "Ermənistan Respublikası, Ayqestan" göstərilib.
Lakin həmin məhsulun Ermənistanda deyil, işğal altındakı Azərbaycan torpaqlarında istehsal edildiyi məlum olub. Belə ki, "Ayqestan" adlı ərazi Azərbaycanın 1991-ci ildə Xocalı rayonuna birləşdirilmiş Əsgəran rayonunun Ballıca kəndidir. Ermənistan silahlı qüvvələrinin işğalı altında olan bu kəndi ermənilər Ayqestan adlandırıblar.
Qeyd edək ki, daha əvvəl ermənilər istehsal etdikləri "Qarabağ" adı altında tut, zoğal arağı və digər spirtli içkiləri Rusiyada satışa çıxardıblar. İndi isə onlar məhsullarını "Artsax" adı altında istehsal etməyə başlayıblar və istehsal ünvanını "DQR" kimi deyil, "Ermənistan Respublikası" kimi qeyd edirlər. Məqsəd odur ki, işğal altında olan ərazilərdə qanunsuz istehsal olunan məhsullar asanlıqla Rusiya və dünya bazarlarına yol tapa bilsin.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Sabah"dan tarixi uğur: KL-nin əsas mərhələsini təmin etdi
21:13 28.07.2026
Futbol
Netanyahu Trampla görüşmək üçün Ağ Evə gəlir
20:37 28.07.2026
Gündəm
Qəbələdə möhtəşəm tikinti qalıqları aşkar olundu
20:14 28.07.2026
Tarix
Trampın Zelenski ilə görüşü təxminən bir saat davam edib
20:02 28.07.2026
Dünya
Almaniya cinayət törətmiş 31 əfqanı deportasiya etdi
19:50 28.07.2026
Dünya
4 kişinin bacarmadığını 4 qadın etdi: Hamı heyrətə gəldi
18:59 28.07.2026
Hadisə
Ağ Evdə Tramp-Zelenski görüşü başlayıb
18:42 28.07.2026
Gündəm
Ukraynaya hücum etsək, tələyə düşəcəyik - Çağırış
18:14 28.07.2026
Dünya
Rusiya etibar olunası ölkə deyil - Natiq Miri
18:00 28.07.2026
Gündəm
Sahibə Qafarova Efiopiyaya səfərə gedib
17:48 28.07.2026
Siyasət
ABŞ Ankaraya son şərti: S-400 getməsə, F-35 yoxdur - General
17:32 28.07.2026
Gündəm