Mübariz Qurbanlı: Dini təhsil verən kolleclər pulsuz olacaq
19:08 27.09.2018
Arxiv
536
Orta məktəbi bitirən şagirdlər yalnız İslam dini haqqında deyil, eləcə də, digər dinlər barədə də məlumatlı olmalıdırlar. Yaxın gələcəkdə "Həyat bilgisi” fənnində müxtəlif dinlər haqqında məlumatların daha geniş şəkildə şagirdlərə çatdırılması istiqamətində işlər gedir.
Oxu.Az xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Dövlət komitəsinin sədri bildirib ki, kitablarda bu barədə məlumatlar var, sadəcə, bu, daha da genişləndiriləcək:
"Bəzi insanlar elə bilirlər ki, orta məktəblərdə şagirdlərə mədrəsə səviyyəsində və ya din xadimləri kimi din öyrədiləcək. Ancaq bu cür olmayacaq”.
O əlavə edib ki, Bakıda və digər bölgələrdə yeni İslam kolleclərinin yaradılması istiqamətində işlər gedir. Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi ilə birlikdə danışıqlar aparılır.
Komitə sədri bildirib ki, Azərbaycanda məscidlərdə çalışan imamlar və din xadimlərinin say məsələsi tamamilə elmi cəhətdən araşdırılıb:
"Məscidlərdə olan din xadimlərinin hazırlığında rəqəmlərin həddindən artıq böyük olmasına ehtiyac yoxdur. Misal olaraq, İlahiyyat İnstitutu 60 tələbə qəbul edirsə, kolleclər də 15 tələbə qəbul edəcək. Bu da din sahəsində olan tələbatı ödəyə biləcək. Kolleclər də pulsuz olacaq. Məqsəd ölkədə gənclərin din sahəsində bilikləri xaricə getmədən əldə etməsidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu
11:07 30.10.2026
Hadisə
Milli Məclis bu gün 11 məsələyə baxacaq
11:05 30.10.2026
Gündəm
Lavrov ABŞ-a gedib
11:02 30.10.2026
Dünya
Peskov: Putin Makron və Mertslə danışıqlara hazırdır
10:56 30.10.2026
Dünya
Peskov: Zelenski Putinə hələ zəng etməyib
10:45 30.10.2026
Dünya
Deputat Səyyad Aran Ombudsmanı təriflədi
10:42 30.10.2026
Cəmiyyət