Mübariz Qurbanlı: “Heç bir ailə övladının dini radikalizmin təsirinə düşməsindən sığortalanmayıb”
10:01 12.07.2016
Arxiv
612
"Azərbaycanda dini radikalizmə qarşı mübarizə bizim qarşımızda duran ən vacib vəzifələrdən biridir. Amma heç bir ailə sığortalanmayıb ki, onun övladı dini radikalizmin təsirinə düşə bilməz. Bunu bizim sifarişimizlə çəkilən "Fitnə” filmində övladı Suriyada döyüşən və həlak olan valideynlərin timsalında görmək olar. Onların çoxu möhkəm təməlli ailələrdir, amma övladları dini radikalizmin qurbanı olub”.
APA-nın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Bakının Nizami Rayon İcra Hakimiyyətində keçirilən toplantıda bildirib. O deyib ki, Azərbaycanda hər yerdə dini radikalizmə qarşı mübarizə aparılmalıdır: "Dinə qarşı deyil, dini radikalizmə qarşı mübarizə aparırıq. Bəziləri dini radikalizmə qarşı mübarizəni din ilə qarışdırırlar. Azərbaycanda dövlətin dinə diqqət və qayğısı həmişə ön planda olub. Bu yaxınlarda prezidentimiz dini icmalara xeyli vəsait ayırdı, bunun özü dövlətin dinə böyük himayəsidir”.
M. Qurbanlının sözlərinə görə, Azərbaycanda dini radikalizmə qarşı mübarizə üç istiqamətdə qurulub: "Bu istiqamətlərdən birincisi ideoloji mübarizədir. Radikal dini qrupların Azərbaycanda kök atması üçün heç bir mühit yoxdur. Bizim əxlaqi dəyərlərimiz, mədəniyyətimiz, tariximiz buna imkan vermir. Amma təəssüflər olsun ki, bunu ölkəmizə süni şəkildə gətirirlər. Ona görə də ideoloji baxımdan ciddi mübarizə aparılmalıdır”.
Komitə sədri bildirib ki, dini radikalizmə qarşı mübarizədə ikinci xətt hüquq-mühafizə orqanlarının üzərinə düşən vəzifədir: "Dini radikalizmə qarşı mübarizədə üçüncü istiqamət iqtisadi sahədə olan mübarizədir. Biz imkan verməməliyik ki, bu cür insanlar pul vəsaiti əldə edib, özünü varlı kimi cəmiyyətə nümunə göstərsin. Onlara imkan verilməməlidir ki, maliyyə vəsaiti əldə etsinlər və ondan gəncləri öz təsirləri altına almaq üçün istifadə etsinlər. Biz bütün cəmiyyətin gücünü səfərbər edib, bu cür qrupların, ünsürlərin Azərbaycana ayaq açmasına imkan verməməliyik. Dini radikalizm ümumbəşəri bəladır. Dini radikalizm harada inkişaf tapırsa, orada fəlakət baş verir. Bunun baş verməməsi üçün bütün cəmiyyət, dövlət qurumları birgə çalışmalıdır, dini radikalizmə qarşı birgə mübarizə aparmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm