Mübarizə başlayıb: Qadınlar həm alim, həm də ana olmaq istəyir
18:53 21.09.2018
Arxiv
670
İspaniyanın Elm Nazirliyinə 295 nəfərin imzaladığı petisiya daxil olub. Petisiyada elmi tədqiqat sahəsində gender diskriminasiyası probleminin həlli və qadın alimlərə ana olmaq arzusu naminə elmi karyerasından vaz keçməməyə imkan verən tədbirlər görülməsi tələb olunur.
AZƏRTAC xəbər verir ki, kampaniyanın təşəbbüskarı elm sahəsində işləyən üç qadın – Sanyaqo-de-Kompostela Sağlamlıq Tədqiqat İnstitutunun nanoonkologiya bölməsinin direktoru Mariya de la Fuente, mühəndis və süni intellekt üzrə elmlər doktoru Diana de la İqlesiya və bioloq, neyrologiya üzrə elmlər doktoru Karmen Aqustindir.
Kampaniyada iştirak edən fəalların hazırladığı videoçarxda analığın onların karyerasına təsirindən bəhs olunur. Bununla yanaşı, sosial şəbəkələrdə "#oCientíficaoMadre” (ya alim, ya da ana) heşteqi yerləşdirilib. Onlarca qadın videoçarxa münasibət bildirərək, ana olmağa qərar verdikdən sonra peşə və elmi fəaliyyətlərində qarşılaşdığı problemləri paylaşıb.
Mart ayında "Change.org” portalında hökumətdən bu vəziyyəti nizama salmaq üçün tədbirlər görülməsini tələb edən petisiya yerləşdirilib. Cəmi bir ay ərzində onu 300 min nəfər imzalayıb. Alimlər İspaniyanın elm məsələləri üzrə dövlət katibi Anxeles Eras ilə görüşdə problemin təhlili və mümkün həlli yollarını müzakirə etməyə hazırlaşırlar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya