Müdafiə Nazirliyi rəsmisi: “Ermənistan öz itkilərini gizlətməyə cəhd göstərir”
11:01 13.07.2020
Arxiv
621
“Səhər saatlarında Azərbaycan ordusunun bölmələri tərəfindən həyata keçirilən tədbirlər nəticəsində düşmənin dərinlikdə yerləşən mövqelərinə, dayaq məntəqəsinə, artilleriya qurğularına və canlı qüvvəsinə zərbələr endirilib”.
Oxu.Az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik Vaqif Dərgahlı iyulun 12-də erməni təxribatının baş verdiyi Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətə münasibət bildirərkən deyib.
V.Dərgahlı Azərbaycan ordusunun düşmən təxribatına verdiyi adekvat cavab nəticəsində qarşı tərəfin xeyli itki verdiyini bildirib:
“Bölmələrimiz tərəfindən düşmənin dayaq məntəqəsinə, canlı qüvvəsinə endirilən zərbələr nəticəsində Ermənistan tərəfi çoxsaylı itki verib. Sadəcə olaraq, həmişə olduğu kimi, Ermənistan öz itkilərini gizlətməyə cəhd göstərir. Lakin düşünük ki, yaxın saatlarda bu barədə məlumat verəcəklər”.
Nazirliyin sözçüsü iyulun 12-si və gecə saatlarında Ermənistan - Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə ordumuzun bölmələrinin də itki verdiyini dilə gətirib:
“Təəssüf ki, bu istiqamətdə gedən döyüşlərdə Azərbayan ordusunun bölmələri də itki verib. Dörd hərbi qulluquçumuz şəhid olub. Yaralı hərbçi qulluqçularımız var. Onlara dərhal tibbi müdaxilə edilib və həyati təhlükələri aradan qaldırılıb. Müdafiə Nazirliyi şəhid ailələrinə başsağlığı verir, yaralılara şəfa diləyir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya
Şəmkirdə azyaşlını avtomobil vurub
18:51 30.10.2026
Hadisə
Media məsuliyyəti: etik prinsiplər və qanunvericilik
18:45 30.10.2026
Media
Paşinyan Alen Simonyanı Moskvaya göndərir
18:06 30.10.2026
Region
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
17:41 30.10.2026
Gündəm