“Dünyada ən ciddi qeydiyyat aparan millətlərdən biri ruslardır. Amma onlar belə yeddi arxa dönənlərini tapıb üzə çıxara bilmirlər”
“Müəyyən işbazlar bir bum yaradaraq pul qazanırlar”
08:22 22.02.2018
Arxiv
723
Kərəm Məmmədov:“Sadə insanlar öz əcdadlarını necə dəqiqliklə ortaya çıxara bilərlər?!”
“Dünyada ən ciddi qeydiyyat aparan millətlərdən biri ruslardır. Amma onlar belə yeddi arxa dönənlərini tapıb üzə çıxara bilmirlər”
“Dünyada ən ciddi qeydiyyat aparan millətlərdən biri ruslardır. Amma onlar belə yeddi arxa dönənlərini tapıb üzə çıxara bilmirlər”
Türkiyədə ilk dəfə olaraq vətəndaşlar nəsil şəcərələrinə çıxış əldə ediblər. İnternet vasitəsilə göstərilən qeydiyyat xidməti ailənin nəsil şəcərəsinə onlayn rejimdə baxmağa imkan verir. Bu xidmət o dərəcədə populyarlıq qazanıb ki, sifarişlərin çoxluğu sistemin işini əngəlləyib.
Açıldığı birinci gündə 3 milyon sifariş aldıqdan sonra elektron dövlət vebsaytının işi pozulub. Sayt işə düşəndən sonra məlum olub ki, 10 milyondan artıq insan 1840-cı illərə gedib çıxan nəsil şəcərəsinə baxmaq xahişi göndərib. Xatırladaq ki, genealogiya - əcdadların axtarılması və nəsil şəcərəsinin yaradılması Avropada xeyli vaxtdır ki, populyar məşğuliyyət sayılır.
Ancaq əksər şərq ölkələrində olduğu kimi türklər də əcdadları haqqında məlumatları nəsildən-nəslə yazılı yox, şifahi ötürüblər. Yəni uzun müddət yazılı heç bir sənəd olmayıb. Lakin Osmanlı dövlətində əhalinin siyahıya alınması ilk dəfə 1834-cü ildə olub. 1905-ci ildə isə əhalinin siyahıya alınması daha əhatəli və etibarlı keçirilib.
Deyilənə görə, həmin siyahıyaalmanın nəticələri müasir Türkiyə dövləti üçün bu gün də məlumat bazası təmin etməkdədir. Ancaq milli təhlükəsizliyə zərər vurmamaq səbəbilə son illərədək dövlət arxivlərinin və qeydiyyat kitablarının əksər hissəsi geniş ictimaiyyət üçün qapalı olub. Mütəxəssislər isə hesab edirlər ki, internet üzərindən aparılan nəsil şəcərəsi tamamilə uydurma və etibarsızdır. Onların fikrincə, bu cür işlərlə məşğul olan şəbəkələrin məqsədi fırıldaqçılıq yolu ilə pul qazanmaqdır.
Məsələ ilə bağlı "Şərq”ə danışan tarixçi-alim, antropoloq Kərəm Məmmədov da bunu müəyyən bir qrupun hoqqabazlığı adlandırıb:
"Türkiyənin ən məşhur, soyu ən dəqiq bilinən nəsli Osmanlı xanədanıdır. Amma Osmanlı ailəsinin indiki nümayəndələrinin belə xanədana aid olduqlarını sübut edən hansısa sənədin varlığı sual altındadır. Belə olan halda sadə insanlar öz əcdadlarını necə dəqiqliklə ortaya çıxara bilərlər?! Görünür, müəyyən işbazlar bir bum yaradaraq bu işdən külli miqdarda pul qazanmağa çalışırlar. Hansısa saytın istədiyi vaxt dövlət arxivlərinə girməsi və araşdırma aparması mümkün deyil. Dünyada ən ciddi qeydiyyat aparan millətlərdən biri ruslardır. Amma onlar belə yeddi arxa dönənlərini tapıb üzə çıxara bilmirlər”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İordaniya İrana nota verdi
22:38 19.07.2026
Dünya
KİV: İranın daxili işlər naziri Pakistana səfər edəcək
22:17 19.07.2026
Dünya
Əraqçi: İran ABŞ ilə danışıqları bərpa etməyə razılaşıb
21:57 19.07.2026
Gündəm
Putin Şimali Koreyanın XİN başçısı ilə görüşdü
21:32 19.07.2026
Dünya
"ChatGPT" çökdü
21:11 19.07.2026
Texnologiya
Türkiyədən Yunanıstana etiraz...
20:49 19.07.2026
Gündəm
FHN çimərliyə gedənlərə xəbərdarlıq etdi
18:57 19.07.2026
Ekologiya
Abbas Əraqçi: Hələ Müctəba Xamenei ilə görüşməmişəm
18:05 19.07.2026
Region
BMT-də Azərbaycanın iqlim və şəhərsalma təcrübəsindən danışılıb
17:13 19.07.2026
Siyasət
Türkiyənin müdafiə naziri Şimali Kiprə gəlib
16:14 19.07.2026
Region
Rusiya Xarkova zərbə endirib, 3 nəfər ölüb, 16 yaralı var
15:57 19.07.2026
Dünya
İranın bu hərəkəti vecimə deyil - Tramp
15:38 19.07.2026
Dünya
Mbappe məğlubiyyəti şərh etdi: Deşama görə...
15:01 19.07.2026
Futbol
Xamenei İranda deyil - KİV
14:45 19.07.2026
Region
Venesuelada zəlzələ qurbanlarının sayı artır
14:30 19.07.2026
Dünya
Masazır sakinləri narazıdır: Camaatı istidə işıqsız qoyublar!
13:57 19.07.2026
Cəmiyyət