Muğannanın həyat yoldaşı gözünü əməliyyat etdirməyə pul tapmır
23:36 19.06.2014
Arxiv
427
Xəyal Rza: “Məsələ ilə əlaqədar Anar müəllimə müraciət edəcəyəm”
Xalq yazıçısı İsa Hüseynovun (Muğanna) ölümündən sonra onun ailəsi maddi çətinliklərlə üzləşib. Buna görə də həyat yoldaşı Firuzə xanım gözlərini əməliyyat etdirə bilmir.
Hətta imkansızlıq ucbatından onun əməliyyatı belə gecikir: "Gözüm çox zəif görür. Ehtiyacım var ki, əməliyyat olunum. Ancaq istənilən məbləğ olduqca çoxdur. Səbirli insanam, hər şeyi gözləyirəm. Bilirəm ki, bu problemim həll olacaq. İsadan sonra hər şeyə ehtiyacımız var. Maddi baxımdan bir az problemlərimiz olur”.
O, həmçinin Modern.az-a danışarkən İsanın dostlarından da razılıq edib: "Mən sevinirəm ki, İsanın özü kimi yaxşı dostları olub. Çünki onun ölümündən sonra da onu unutmadılar. Bu 2 ay müddətində İsanın bütün dostları bizim yanımıza gəldi. Sağ olsunlar, hamısı bizə qarşı diqqətli oldu. Nizami Cəfərov, Anar tez-tez zəng edirlər. Zəlimxan Yaqub da əhvalımızı soruşur, arada gəlib bizimlə maraqlanır”.
Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rza "Şərq”ə açıqlamasında bundan məlumatsız olduğunu bildirib: "Yazıçılar Birliyi qurumun büdcəsinə uyğun olaraq müraciət edənlərə köməklik edir. Ancaq tələb olunan məbləğ AYB-nin mövcud imkanları daxilində deyilsə, Anar müəllim Səhiyyə Nazirliyinə müraciət edir. Məsələ də öz həllini tapır. Buna görə də Firuzə xanım bizə müraciət etsə, məsələnin hər iki həll yolunu nəzərdən keçirərik. Sonunda X.Rza müraciət olmasa belə, İsa Muğannanın həyat yoldaşına köməklik etməyə çalışacaqlarını qeyd edib: "Məsələ ilə əlaqədar Anar müəllimə məlumat verəcəm”.
Vüqar Şahinoğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda Məhərrəm ayı başlayıb
00:14 16.06.2026
Cəmiyyət
Aİ və Ukrayna üzvlük danışıqlarına rəsmi start verib
00:00 16.06.2026
Dünya
Yekun razılaşma formalaşdırılmayıb - Pezeşkian
23:38 15.06.2026
Region
ABŞ Yaxın Şərqdəki qüvvələrini azaltmayacaq - KİV
22:59 15.06.2026
Dünya
Tramp: İranla münaqişədən sonra ABŞ Ukraynaya fokuslanacaq
22:41 15.06.2026
Dünya
Ağdamda 50 yaşlı kişi arı sancmasından şoka düşüb
22:00 15.06.2026
Hadisə
Tramp: İyunun 19-da Hörmüz boğazı tam açılacaq
21:44 15.06.2026
Gündəm
Tramp, Vens və Qalibaf sazişi imzaladılar
20:44 15.06.2026
Dünya
SSRİ Avropaya sülh və sabitlik bəxş etdi - Patruşev
20:14 15.06.2026
Dünya
Vens: İran öhdəliklərini yerinə yetirmədən pul almayacaq
19:24 15.06.2026
Dünya
"Moody's" ABB-nin kredit reytinqini təsdiqləyib - YENİLƏNİB
18:28 15.06.2026
İqtisadiyyat
Hörmüz boğazından neft daşıyan gəmilərin hərəkəti bərpa olunub
18:02 15.06.2026
Gündəm
Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib
17:49 15.06.2026
Hərbi
ABŞ-İran memorandumunun imzalanması ilə bağlı qərar gözlənilir
17:10 15.06.2026
Gündəm