Münaqişənin həllinə fərqli yanaşılmalıdır
20:28 12.02.2015
Arxiv
787
“Normand dördlüyü”nün Qarabağa şamil edilməsi doğru deyil
Dağlıq Qarabağ münaqişəsi Ukrayna böhranı fonunda arxa plana keçib. Çünki hazırda Qərb dövlətləri əsas diqqəti Rusiya ilə qarşıdurmaya yönəldib. Bu prizmadan çıxış edən bəzi siyasi ekspertlər hesab edirlər ki, Qarabağ münaqişəsinin tələsik həllinə çalışıb, ziyanımıza hansısa anlaşma imzalamaqdansa, problemin "donmuş” vəziyyətdə qalması hələlik daha məqbuldur.
Onların fikrincə, Azərbaycan üçün əlverişli vaxt çatana kimi məsələni "yerindən tərpətmək” məqsədəuyğun deyil. "Əlverişli vaxt” isə xeyli dərəcədə Ukrayna böhranının kimin patronajlığı ilə yoluna qoyulmasından, Ukrayna məsələsində Qərblə Rusiyanın necə anlaşacağından bilavasitə asılı olacaq. Ekspertlərin qənaətincə, separatçı bölgələrə dair "Ukrayna anlaşması” və ya "Ukrayna ssenarisi” bu və ya digər formada Dağlıq Qarabağ münaqişəsinə də şamil edilə bilər. Ona görə də rəsmi Bakı Rusiyanın və Qərbin Ukrayna siyasətini diqqətlə izləməlidir. Çünki Qarabağın taleyi böyük ölçüdə Minskdə "Normand dördlüyü” çərçivəsində baş tutmuş və bundan sonra davamı ola biləcək təmaslarda həll oluna bilər. İddiaları şərh edən siyasi icmalçı Arzu Nağıyev isə belə bir yanaşmanı düzgün hesab etmir. Ekspertin sözlərinə görə, indiki status-kvo qətiyyən Azərbaycana xeyir eləmir: "İki gündür Minskdə "Normand dördlüyü” çərçivəsində danışıqlar aparılır. Danışıqların əsas məqsədi münaqişə ilə bağlı konkret bir sənədin ortaya qoyulmasıdır. Sənədlərdə isə bir sıra məqamlar, daha doğrusu, imzalanacaq bəndlər var. Ukrayna iki tərəfi ayıran xəttin 2014-cü ilin sentyabrında olduğu kimi qalmasını, Rusiya isə əksinə, zəbt edilən torpaqların separatçılarda qalmasını tələb edir. Üstəlik, Putin israrla deyir ki, Ukrayna ərazisində Rusiyanın silahlı qüvvəsi və texnikası yoxdur. Ən başlıcası isə odur ki, "Normand dördlüyü” Ukraynanın ərazi bütövlüyü ilə bağlı birgə deklarasiya imzalamalıdır. Bunun müqabilində Ukrayna Rusiya ilə sərhəddin bağlanmasını və ölkəyə silah keçirilməsini istəmir. Rusiya bunun əleyhinə olaraq əsas keçidlərin separatistlərə buraxılmağını və zəbt edilmiş ərazilərə muxtariyyət verilməsini tələb edir. Yəni danışıqlarda gərginlik yaradan xeyli müddəalar var”. A.Nağıyevin sözlərinə görə, bu işdə Avropa təmsilçiləri kimi çıxış edən və "Normand dördlüyü”nə daxil olan Fransa və Almaniyanın əsas məqsədi Avropanı müharibələr və separatçılıq dalğalarından qorumaqdır: "Eyni zamanda sülh yolu ilə həll edilə biləcək münaqişənin genişmiqyaslı müharibəyə keçməsinin qarşısının alınması da vacib faktordur. Düşünürəm ki, burada bir "xristian-katolik” həmrəyliyi də mövcuddur”.
Siyasi icmalçının fikrincə, Dağlıq Qarabağ münaqişəsi ilə analoji paralellik aparsaq, görərik ki, "Ukrayna anlaşması” və ya "Ukrayna ssenarisi” istiqamətində qərb daha çox canfəşanlıq edir: "Birincisi, ərazi baxımdan münaqişə sərhədlərindən xeyli aralıdır. İkincisi, yenə də ortada Rusiya faktoru var. Üçüncüsü də 20 ildən artıq fəaliyyət göstərən ATƏT-ın Minsk Qrupundakı həmsədrlər və onların təmsil edildikləri dövlətlərin bu münaqişənin həll edilməməsində öz maraqları var. Sülh danışıqları söhbətindən başqa irəliyə addım ata bilməyən Minsk Qrupu BMT-nin qətnamələrinin yerinə yetirilməsi və ərazi bütövlüyü ilə bağlı heç bir fəaliyyət göstərmir. Yəni qeyd edildiyi kimi, onsuz da Dağlıq Qarabağ münaqişəsi donmuş bir haldadır. Ancaq belə bir "status-kvo” Azərbaycan tərəfini qətiyyən qane edə bilməz. Bu gün bizim Ukraynadan fərqli olaraq iqtisadi, texniki və hərbi potensialımız imkan verir ki, münaqişəni qeyri-sülh yolu ilə, yəni müharibə yolu ilə həll edək. Lakin hələlik dünya dövlətləri ilə həmrəylik göstərərək, sülh yoluna üstünlük verilir. Yəni bu münaqişəni "donmuş” vəziyyətdə saxlamaq və ya "əlverişli vaxt” gözləmək Azərbaycan üçün sərfəli deyil. Ukrayna məsələsində də Dağlıq Qarabağın işğalında eyni ssenaridən istifadə edilib. Ancaq bu məsələnin həllinə fərqli yanaşmaq lazımdır. Çünki səbr nə qədər gözəl olsa da, ömür gödəkdir. Düşünürəm ki, Vətən, torpaq, dövlət və dövlətçilik məhfumlarında səbrə ümid etmək olmaz, ən azından gələcək nəsillər bizi bağışlamaz”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın qarşısını almasaydım, İsrail məhv olardı - Tramp
23:10 06.11.2026
Gündəm
“Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
22:12 06.11.2026
Futbol
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya