"Münaqişənin müharibəyə çevrilməyəcəyini düşünənlər səhv edir" - Deputat
15:58 27.02.2018
Arxiv
1880
"Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov kifayət qədər məlumatlı insandır və onun söylədiyi fikirlər ciddi analizlərinin yekunudur”.
Bu barədə "Sherg.az”a Ə.Həsənovun Türkiyənin TRT WORLD kanalına müsahibəsində səsləndirdiyi "Qoşunların təmas xəttində hər an qarşıdurma baş verə və bu da hər an müharibəyə çevrilə bilər” fikirlərinə münasibət bildirərkən millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov bildirib.
Deputatın sözlərinə görə, Ə.Həsənovun bu fikirləri göstərir ki, kim münaqişənin dondurulmuş olduğunu, müharibəyə çevrilməyəcəyini düşünürsə, səhv edir:
"Ən azından aprel döyüşləri həqiqəti göz qabağına gətirdi - müharibə hər zaman başlaya bilər. Nə qədər ki, Ermənistan prezidenti siyasi manipulyasiyalarla məşğuldur, münaqişənin həlli mövqeyində deyil, o problemin dinc yolla yox, müharibə ilə tənzimlənməsinə şərait yaradır. Ə. Həsənov da qeyd etdiyi kimi, Azərbaycan ordusu dünyada güclü ordulardan biridir. Əgər mane olmasalar, ordumuz 1 həftə, maksimum 1 ay ərzində torpaqlarımız üzərində suveren hüquqlarımızı bərpa edə bilər.
Ölkə prezidenti dəfələrlə qeyd edib ki, Azərbaycan münaqişənin dinc yolla həllinə sadiqdir. Biz sülhpərvərik. Lakin hər şeyin sonu olduğu kimi danışıqların da limiti var. Münaqişənin tənzimlənməsi prosesi dinc məcradan çıxıb, hərbi müstəviyə qalxarsa, bu halda bütün məsuliyyət Ermənistanın üzərinə düşəcək. Beynəlxalq ictimaiyyət də Ermənistanla məsuliyyəti bölüşəcək. Müharibə başlayarsa, Minsk qrupunun da üzərinə böyük məsuliyyət düşəcək. Onlar Ermənistanla münasibətdə ünvansız bəyanatlar verdilər, bu dövlətin işğalçılıq siyasətinin qarşısını almaq üçün təsirli mexanizmlər yaradıb, işə salmadılar”.
Prezidentin köməkçisi nin qeyd edilən fikirlərini ciddi mesaj kimi dəyərləndirən E.Nəsirov vurğulayıb ki, qarşı tərəf ağlını başına yığıb, münaqişənin tənzimlənməsi ilə bağlı konstruktiv mövqe ortaya qoymalıdır:
"Əks təqdirdə hadisələr ən gözlənilməz ssenaridə inkişaf edə bilər. Azərbaycan bütün bunları söz xatirinə demir. Güclü Azərbaycan ordusunun arxasında Azərbaycan xalqı dayanır. Ali Baş Komandan İlham Əliyev münaqişənin tənzimlənməsi ilə bağlı bütün dinc vasitələri hər zaman gündəmə gətirib. Qeyd etdiyim kimi hadisələr fərqli müstəvidə inkişaf edərsə, bu halda Azərbaycan deyil, qarşı tərəflər məsuliyyət daşıyacaq”.
Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun sözügedən açıqlamasının tam mətnini bu linkdən oxuya bilərsiniz:
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Goranboyda əkin sahəsindən 22 yaşlı gənc oğlanın meyiti tapılıb
17:33 17.09.2026
Hadisə
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub
17:01 17.09.2026
Gündəm
Azərbaycan gücü ilə haqlı olduğunu sübut etdi - Azər Həsrət
16:53 17.09.2026
Gündəm
Goranboyda əkin sahəsində 22 yaşlı şəxsin meyiti tapıldı
16:42 17.09.2026
Hadisə
100 yaşdan yuxarı insanların sayı 100 mini keçdi - Rekord
16:39 17.09.2026
Maraqlı
Tom Barrak: Ərdoğan və Tramp Nyu-Yorkda görüşəcək
16:33 17.09.2026
Gündəm
Şavkat Mirziyoyev gələn ay Azərbaycana gələcək
16:18 17.09.2026
Gündəm
Ərdoğanın prezidentliyə namizədliyi sonuncu dəfə irəli sürüləcək
16:14 17.09.2026
Gündəm
Azərbaycanda DSK-lar yenidən formalaşdırılır
16:12 17.09.2026
Gündəm
Babiş: Qorxuram, dünya cəhənnəmin qapılarına yaxınlaşır
16:03 17.09.2026
Dünya
Şoyqu Ermənistana müdaxilə xəbərdarlığı etdi
15:57 17.09.2026
Dünya
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq