Musa Yaqubun ürəyində üç gün çox pis çırpıntı olub - Şair indi yaxşıdır



Uzun müddətdir ki, Azərbaycanın tanınmış şairi Musa Yaqub səhhəti ilə bağlı problemlər yaşayır. Onun səhhətinin ağırlaşması ilə bağlı məlumatlar yayılır.

Şairin qızı Yaqut Yaqubova "Sherg.az”a açıqlama verərək deyib ki, hazırda atasının vəziyyəti yaxşıdır: 

"Bir ara ürəyində müəyyən problemlər oldu. Ürəyində 3 gün ərzində çox pis çırpıntı olurdu. Amma Allah onu çox istəyir və bu vəziyyətdən onu tez çıxardı. 

Həkim müayinə edəndən sonra bildirdi ki, ürəyi çox yorğun düşüb. Yəqin ki, qəbul etdiyi dərmanlardan belə oldu. İndi ürəyi də, özü də yaxşıdır. Əsas onun ruhudur. Ruhu bir az küskün olanda özü də pis olur”.

Yeganə