Mustafa Hacıbəyli: “Qubad İbadoğlu da deyib ki, fraksiya yaradılması onları kiçildir”
20:43 27.11.2014
Arxiv
618
“İsa bəyin fikrini kim təhrif edə bilər?”
Müsavat başqanı Arif Hacılının qardaşı, partiya məclisinin üzvü Mustafa Hacıbəyli qurumda yaşanan qarşıdurma ilə bağlı "Şərq”in suallarını cavablandırıb. Mövqeyindən dolayı narazı tərəfi ittiham edən M.Hacıbəyli deyib ki, Müsavatı həqiqətən sevənlər təşkilatın nüfuzuna xələl gətirməz.
- Başqanlığa keçmiş namizəd Tural Abbaslının Müsavat sədri Arif Hacılının dəvətini qəbul edərək onunla görüşməsi narazı tərəfin etirazına səbəb oldu. Bu addımından dolayı T.Abbaslının qınanmasına münasibətiniz necədir?
- Tural Abbaslının Arif Hacılı ilə görüşünü tənqid edənlər müsavatçıların bir-biri ilə mehriban münasibətdə olmasından qıcıqlanan insanlardır. Həqiqi müsavatçılar tərəflərin bir-biri ilə müzakirə aparmasına görə onları qınamazlar.
- Eks-başqan İsa Qəmbərin tərəf olaraq açıq şəkildə Arif Hacılını dəstəkləməsi və yeni sədrin yanında olduğunu bəyan etməsini necə dəyərləndirirsiniz? Qarşı tərəf buna da etirazını bildirir...
- Biz 22 ildir ki, bir yerdəyik. O cümlədən İsa Qəmbər, Arif Hacılı və bütün müsavatçılar. Bu qədər müddət bir yerdə fəaliyyət göstərən insanların yenə də birlik nümayiş etdirməsi, bir-birini dəstəkləməsi təbiidir. Bu, heç kimdə təəccüb doğurmamalıdır. Amma bunu qeyri-adi qarşılayanlar varsa, hesab edirəm ki, onlar Müsavatın bədxahçıları və partiyanın birliyini istəməyənlərdir. Müsavatı həqiqətən sevən adamlar heç vaxt İsa bəyin Arif Hacılını dəstəkləməsindən başqa yozum çıxarmazlar.
- Fraksiya yaradılmasına münasibətiniz necədir?
- Bu barədə fikrimi bildirmişəm. Əslində Qubad İbadoğlu da fraksiya ilə bağlı öz niyyətini bəyan edib. O yazıb ki, fraksiya məsələsi onları kiçildir. Ona görə də fraksiya yaradılmasının əleyhinədir. Mən də Müsavatdakı mütləq əksəriyyətin fikri ilə razılaşıram ki, fraksiya Müsavat Partiyasına ziyandır.
- Qubad İbadoğlunun tərəfdarları iddia edir ki, müşavirədə çıxış edən eks-başqan İsa Qəmbər fraksiyanın yaradılmasına etiraz etməyib və nəzəri cəhətdən bunun mümkün olduğunu deyib...
- İsa bəy heç də bu fikri dəstəkləməyib. O, müşavirədə qeyd edib ki, fraksiya yaradıla bilməz. Əgər yaradılsa, partiyanın strukturları bu istiqamətdə müvafiq tədbirlər görəcək. Bu qədər insanın iştirak etdiyi müşavirədə İsa bəyin fikirlərini kim təhrif edə bilər? Narazı tərəflərə təklif edilib ki, ya siz müəyyən səs yığdığınızı sübut edin və partiyanın idarəçiliyində iştirak etmək istəyinizi ortaya qoyun, ya da istefa verin.
- Müsavat strukturları narazı şəxslərlə bağlı bəzi qərarlar qəbul edirlər. Ancaq məsələ burasındadır ki, qarşı tərəf qurultayın nəticələri ilə yanaşı, partiyada sonradan formalaşan strukturları da qeyri-legitim hesab edirlər...
- Qurultayın və partiyadaxili strukturların qanunsuz sayılması məsələsinə müşavirədə nöqtə qoyuldu. Müsavat Partiyasında çoxsaylı obyektiv siyasətçilər var ki, onların tərəfsiz mövqeyi heç kəsdə şübhə doğurmur. Onlardan da biri Mirbaba Babayevdir. O, qurultayda seçki komissiyasının sədri olub. M.Babayevin komissiyaya sədrliyinə namizədliyini də indi seçkilərdən narazılıq edənlər irəli sürmüşdülər. M.Babayev xüsusi vurğu ilə bildirdi ki, hər hansı bir qüsur olubsa da, texniki problemlər ucbatından, bu qüsur yekun nəticələrə təsir etməyib. Ona görə də qurultayı qeyri-legitim saymaq üçün heç bir əsas yoxdur.
- Narazı tərəfin növbədənkənar qurultay tələbi haqda nə deyə bilərsiniz? Partiyanın nizamnaməsi bunu qadağan edirmi?
- Nizamnaməyə görə növbədənkənar qurultayı ancaq Müsavat Məclisi gündəmə gətirə və bu barədə qərar verə bilər. Amma müşavirədə aydın oldu ki, Məclis üzvlərinin mütləq əksəriyyəti növbədənkənar qurultayın əleyhinədirlər.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu gün Azərbaycanda Zəfər Günüdür
00:18 08.11.2026
Gündəm
Şuşanın işğaldan azad olunmasından 6 il ötür
00:04 08.11.2026
Gündəm
Ərdoğan ABŞ Prezidenti Trampla telefonla danışıb
22:55 07.11.2026
Gündəm
Adı üç dəfə dəyişdirilən Azərbaycan kəndi: Haqqıxlıdan qalan izlər
22:33 07.11.2026
Ölkə
Türkiyə Prezidenti sabah Azərbaycana gələcək
22:24 07.11.2026
Gündəm
Ərdoğan Trampla regional məsələləri müzakirə etdi
22:09 07.11.2026
Gündəm
Polşanın Krakov şəhərində atışma - 5 ölü, 10 yaralı var - YENİLƏNDİ
21:43 07.11.2026
Dünya
6 ildir Zəfərin Qüruru ilə yaşayırıq - VİDEO
21:38 07.11.2026
Gündəm
İsmail Balaban və İlayda Şekerin ikinci övladı dünyaya gəldi
21:30 07.11.2026
Şou
Fransada etiraz aksiyası: Dronlar, helikopterlər cəlb olundu
21:06 07.11.2026
Dünya
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
20:40 07.11.2026
Gündəm
ABŞ Xəzər dənizində İranın qarşısını belə alacaq
20:24 07.11.2026
Dünya
Oskar mükafatlı rejissor evində ölü tapıldı
20:11 07.11.2026
Hadisə
8 nəfəri öldürən şəxsin silahı 12 min lirəyə aldığı məlum olub
20:03 07.11.2026
Hadisə