“Müxalifətə icazənin verilməməsi dövlət və ictimai təhlükəsizliyin qorunması ilə bağlı məsuliyyət hissidir”
11:40 22.02.2019
Arxiv
585
"Rəsmi orqanların müxalifətin mitinq tələbinə icazə verməməsi tamamilə qanuni və real şəraitə uyğundur”.
Bunu "Sherg.az”a açıqlamasında "Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.
Baş redaktor bildirib ki, icra hakimiyyəti qərar çıxararkən dövlətin təhlükəsizliyinə, ictimai asayişin qorunmasına və fərdlərin hüquqları arasındakı balansa söykənib:
"Məsələyə radikal müxalifət kimi birmənalı yanaşmaq yolverilməzdir. Bu qərarı sərbəst toplaşmaq azadlığının pozulması kimi qiymətləndirmək qətiyyən doğru deyil.
Hüquqlardan istifadə edən hər bir subyekt öz məsuliyyət hissini də dərk etməlidir. Bu, həm dövlət, həm ictimai təhlükəsizliyin qorunması ilə bağlı məsuliyyət hissidir.
Rəsmi orqanlar bütün məsələləri nəzərə alaraq, sözügedən qərarı veriblər. Yəni verilən qərar dövlətin ictimai maraqlarına tamamilə uyğundur. Eyni zamanda fərdlərin hüquqlarının qorunmasına, yəni aksiyada iştirak etməyən sıravi insanların da hüquqlarının müdafiəsinə xidmət edən qərardır. Digər tərəfdən məlumdur ki, əvvəlki aksiyalarda bir sıra qanun pozuntuları olub. Hələlik o pozuntuların araşdırılması başa çatmayıb”.
A.Quliyevin sözlərinə görə, daha yaxşı olardı ki, radikal müxalifət əvvəlki aksiyalarda yol verilmiş qanun pozuntularının araşdırılması üçün rəsmi orqanlarla əməkdaşlıq edərdilər. Onlara köməklik edərdilər:
"Araşdırma prosesi başa çatandan sonra yeni aksiyanın keçirilməsinə qərar vermək ən doğru-düzgün yol idi. Ancaq radikallar əvvəlki qanun pozuntularının araşdırılması başa çatmamış yeni pozuntuların baş verməsi üçün münbit şərait yaratmağa çalışdılar. Ona görə də BŞİH-nin qərarını ümumiyyətlə mitinqə qoyulan qadağa kimi dəyərləndirmək olmaz. Bunu sadəcə olaraq real şəraitin tələblərinə uyğun, mövcud qanunvericilik çərçivəsində verilmiş zəruri qərar kimi başa düşmək lazımdır”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu gün Azərbaycanda Zəfər Günüdür
00:18 08.11.2026
Gündəm
Şuşanın işğaldan azad olunmasından 6 il ötür
00:04 08.11.2026
Gündəm
Ərdoğan ABŞ Prezidenti Trampla telefonla danışıb
22:55 07.11.2026
Gündəm
Adı üç dəfə dəyişdirilən Azərbaycan kəndi: Haqqıxlıdan qalan izlər
22:33 07.11.2026
Ölkə
Türkiyə Prezidenti sabah Azərbaycana gələcək
22:24 07.11.2026
Gündəm
Ərdoğan Trampla regional məsələləri müzakirə etdi
22:09 07.11.2026
Gündəm
Polşanın Krakov şəhərində atışma - 5 ölü, 10 yaralı var - YENİLƏNDİ
21:43 07.11.2026
Dünya
6 ildir Zəfərin Qüruru ilə yaşayırıq - VİDEO
21:38 07.11.2026
Gündəm
İsmail Balaban və İlayda Şekerin ikinci övladı dünyaya gəldi
21:30 07.11.2026
Şou
Fransada etiraz aksiyası: Dronlar, helikopterlər cəlb olundu
21:06 07.11.2026
Dünya
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
20:40 07.11.2026
Gündəm
ABŞ Xəzər dənizində İranın qarşısını belə alacaq
20:24 07.11.2026
Dünya
Oskar mükafatlı rejissor evində ölü tapıldı
20:11 07.11.2026
Hadisə
8 nəfəri öldürən şəxsin silahı 12 min lirəyə aldığı məlum olub
20:03 07.11.2026
Hadisə