NASA-dan xəbərdarlıq: Yerə böyük asteroid yaxınlaşır



NASA planetimizə asteroidin yaxınlaşdığını bəyan edib.

Sherg.az "Ölkə.Az”-a istinadən xəbər verir ki, agentliyin məlumatına əsasən, asteroid Xeops ehramı böyüklükdədir.

"2016 NF23” asteroidi NASA tərəfindən potensial təhlükəli sinfinə aid edilib. Çünki asteroid Yerdən 7.5 milyon kilometr məsafədən keçəcək. NASA-nın hesablamalarına əsasən, asteroidin ölçüləri 70-160 metrdir.
Asteroid saniyədə 9 km sürətlə hərəkət edir və 29 avqust tarixində planetimizə maksimum yaxın məsafədə olacaq.