Erməni ilə dost olduğuna öyünən azərbaycanlı qız bütün hisslərini itirib
Biz şəhid analarının göz yaşıyla islanan torpaqda yaşayırıq. 25 ilə yaxındı yüzlərlə qız, gəlini erməni əsirliyində insanlığa sığmayan işgəncələrə məruz qalıb, qan ağlayan Azərbaycanın səsini dünyaya çatdırmağa çalışırıq! Biz torpağı şəhid qanı ilə yuyulan, hələ də şəhid analarımızın gözünə dik baxmağa utanan məmləkətin övladlarıyıq.
Çünki biz Qarabağ dərdimizi çözməmişik. Biz hələ Şuşamızı, Laçınımızı, Kəlbəcərimizi, itirilmiş torpaqlarımızı qaytarmamışıq. Azərbaycan Qarabağ boyda dərdini yaşayır. Qarabağ müharibəsi az qala hər bir qapıya, hər azərbaycanlı ailəsinə qanlı izini yazmış olub.
Biz Azərbaycanın Qarabağ dərdini dünyaya çatdırmağa çalışırıq. 20 ildən artıqdır ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmağa çalışırıq. Bu işdə Diaspora təşkilatlarının üzərinə böyük məsuliyyət düşür. Xüsusilə də Qarabağ məsələsində MDB ölkələrinin diqqətini bu problemə yönəltmək vacibdi. Deməli, bu məsələdə həm də həssas olmalıyıq. Nəzərə almaq lazımdır ki, televiziya, KİV vasitələri, internet portallarında təbliğat mexanizmi daha güclü olmalıdır. Etiraf edək ki, Rusiya televiziyalarında təbliğatımızı hələ də düzgün qura bilməmişik. Ermənilər bu mənada bizimlə rəqabətdə üstünlük nümayiş etdirirlər. Rusiyanın bir çox kanallarında erməni diasporasının fəallığı hiss olunur. Belə bir durumda, iki dövlət arasında olan müharibə şəraitində, İnformasiya müharibəsi önəmli sayılır ki, ermənilər bu müharibədə çox zaman üstünlük sərgiləmiş olurlar. Rus telekanallarında onsuz da görünmək imkanımız məhduddur. Erməni lobbisi gücünü göstərmiş olur. Azərbaycan əleyhinə olan verilişlər, süjetlər Rusiya kanallarında mütəmadi nümayiş olunur. Hələ üstəlik də sapı özümüzdən olan baltaların vasitəsilə əleyhimizə bu və ya digər şəkildə verilişlərin təqdimatı ermənilərin dəyirmanına su tökmüş olur.
Ötən gün MİR telekanalında yayımlanan "Diaspora-duet” verilişini izləyən hər bir azərbaycanlı yəqin ki, mənim qədər narahat oldu. Verilişdə Rusiyada yaşayan azərbaycanlı qızın həyatından bəhs edilirdi. Rusiya vətəndaşı olan, amma azərbaycanlı bu gənc xanım tələbədir. Söhbət Diana Tağıyevadan gedir. Rusiyanın İvanovski universitetinin tələbəsi olan bu azərbaycanlı xanımın veriliş boyu danışığı, dedikləri və təqdim etdikləri bizi heyrətə saldı. Axı bir azərbaycanlı balası, damarında azərbaycanlı qanı daşıyan insan erməni oğlanla dostluğundan, can bir qəlbdə olmasından ağızdolusu necə danışa bilər?
Deməli, verilişin əsas qəhrəmanı seçilən azərbaycanlı Diana Tağıyeva ilk bölümdə özündən, ailəsindən, azərilərin nə qədər ailəyə bağlı olmağından, azərilərin ailə qayda-qanunlarının sərtliyndən söhbət açdı. Atasının tez-tez Azərbaycana gəlməyindən, azərilərin ailəyə dəyərindən. Sərt qadağaların olmasından danışır. Eyni zamanda bir az keçdikdən sonra Azərbaycana bağlı olan bu gənc Azəri qızı Rusiyadakı yaxın dostunu təqdim edir. Onunla can bir dost olduğunu, nə qədər gözəl qəlbli bir dosta sahib olduğunu deyən azərbaycanlı Diana Tağıyeva nəhayət ki, dilindən düşməyən dostunu təqdim edir. Məlum olur ki, Rusiyada yaşayan azərbaycanlı iş adamının qızı Rusiyada erməni oğlanla ailəliklə dostluq edir. MİR telekanalının qonağı olan azərbaycanlı Diana Tağıyeva erməni dostu olan Volodya Mertesyanla dostluğundan o qədər qürurla danışırdı ki, sanki qan qohumundan danışır. Görən bu azərbaycanlı qızın atası olan Azərbaycan əri, oğulu qızının erməni Mertesyanla dostluğundan xəcalət çəkmirmi? Diana Tağıyevanın atası hər dəfə Azərbaycan torpağına ayaq basanda torpaq ayağının altından qaçmır ki? Diana Tağıyevanın atası Rusiyadakı azərbaycanlılar heçmi Vətən ağrısından, Qarabağ dərdindən danışmırmı? Diana Tağıyevanın atası Bakıya, Azərbaycana gələndə heçmi qeyrət onu boğmur, xəcalət təri tökmür? Görən Rusiyada yaşamaq onu bu torpağın dərdindən bu qədərmi uzaq saxlaya bilib. Ey "Qeyrətli ata”, doğrudanmı qızın Rusiyada ermənidən başqa adamla dostluq edə bilməyib. Sənin namusun, kişiliyin, əqidən, milli qürurun bu qədərmi kor olub? Yüzlərlə qızımız, gəlinimiz hələ də erməni əsirliyində olduğu zamanda, yüzlərlə
şəhid məzarının olduğu Vətəninə gələndə qohum əqrəbanın üzünə necə baxa bilirsən? Xəcalət səni öldürmürmü? Sənin qızın da, arvadın da, bacın da ermənilərin əsirliyində ola bilərdi. Doğrudanmı qızına tərbiyə verərkən Vətənin namus, qeyrət olduğunu, bu namusa ləkə
gətirməyin günah olduğunu öyrədə bilmədin? Əslində sənin rusiyada böyüyən və erməni oğlanla öpüşüb görüşən, dostluğundan bütün Rusiyaya fəxrlə danışıb söhbət açan qızını qınamağa da dəyməz. Sənin kimi "qeyrətli” atanın tərbiyəsini görən Diana Tağıyeva erməni oğulla öpüşüb bunu sərgiləməsinə təəccüblənməyə dəyməz yəqin. Diana Tağıyeva tələbə olsa da, Rusiyada müğənni kimi səhnəyə çıxır, tədbirlərdə, koorporativ mərasimlərdə müğənni kimi çıxış edir. Həyatın eroniyasına bax ki, bu azərbaycanlı qız səhnədə tərəf müqabili kimi də erməni oğlanı seçib. Biri-birini səhnədə təqdim edəndə erməni oğlanın Dianaya, Qafqazın ən cazibədar azərbaycanlı xanımı deməsi, azərbaycanlı qızın da Qafqaz xalqlarının yaraşıqlı erməni nümayəndəsi, canım dostum Mertesyan deməsi nə qədər çirkin göründü...
Rusiyada yaşayan azəri oğullarımız hər fürsətdə Azərbaycan həqiqətlərini ruslara, MDB ölkələrinə çatdırmağa çalışdıqları halda, bəzən Diana Tağıyeva kimi sapı özümüzdən olan naxələflər də nə yazıq ki, var olur... Hər bir azərbaycanlı ailəsinin son mənzili Azərbaycandır. Görən Diana Tağıyevanın atası Azərbaycana gələndə dost-tanışının üzünə bundan sonra necə baxacaq, Azərbaycana gələndə erməni oğlanla öpüşüb görüşən qızına necə bəraət qazandıracaq.
Görən, Diana azərbaycanlı olduğunu bildiyi halda, kökünün, dədə-babasının Azərbaycana aid olduğundan xəbəri varsa, heçmi Qarabağ müharibəsində baş verənləri eşitməyib, heçmi Xocalı soyqırımından yanında danışan olmayıb?! Azı bir azərbaycanlı qızı erməni oğlanla necə dost olub, sanki bu millətin dərdini görməməzlikdən gələ bilər? Axı azərbaycanlı qızının erməni oğlanla dostluğu necə ola bilər?
Hər halda şəkillərdən də aydın görünən Diana Tağıyevanın atasını da, özünü də tanıyan Rusiyada həmyerlilərimiz tapılacaq. Onun bu rəzalətinə cavab verən, ona vətənin namus olduğunu yada salan Azəri oğullarımız da yəqin ki, ortaya çıxacaq. Qızının erməni oğlanla dostluğuna əl çalıb, onu alqışlayan ataya da cavab veriləcək.
Tahirə Məmmədqızı