Nazir 5 min manatlıq pul kisəsini yiyəsinə qaytaran şagirdi mükafatlandırdı

Təhsil naziri Ceyhun Bayramov 5 min manatlıq pul kisəsini taparaq sahibinə qaytaran Tovuz rayonu Əyyublu kənd tam orta məktəbinin VIII sinif şagirdi İdris Abbasovu təltif edib.
Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovun Lent.az-a verdiyi məlumata görə, nazir nümunəvi davranışına görə İ. Abbasovu Təhsil Nazirliyinin "Təşəkkürnamə"si ilə mükafatlandırıb, ona planşet və kitablar hədiyyə edilib.