Nazirlər Nyu-Yorkda 3 saat Qarabağı çözdülər
07:05 28.09.2018
Arxiv
572
Ancaq görünən odur ki, sözünə və hərəkətinə görə məsuliyyət daşımayan Paşinyan hökuməti ilə normal danışıqlar aparmaq asan olmayacaq
Ötən gün Nyu-Yorkda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistanlı Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüş keçirildi. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, danışıqlar 3 saatdan çox davam edib. Tərəflər arasında münaqişənin həllinə dair maraqlı və mühüm fikir mübadiləsi aparılıb. Ən əsası isə danışıqların gələn ay davam etdirilməsi barədə razılıq əldə olunub.
Məlumat üçün bildirək ki, gələn ay həmsədrlərin bölgəyə səfəri gözlənilir. Nazirlər arasındakı görüşün həmsədrlərin vasitəçiliyi fonunda reallaşacağı güman edilir. Lakin ortada çox ciddi məqam var. Söhbət ondan gedir ki, Ermənistan baş naziri Nikol Paşinyanın təxribatçı açıqlamaları fonunda Mnatsakanyandan konstruktiv yanaşma gözlənilə bilməz.
Hazırda baş verənlər Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirmir. Çünki Ermənistanın yeni rəhbərliyinin münaqişəyə yanaşmasında irəliləyiş deyil, əksinə geriləmə var. Hər gün təxribat xarakterli bəyanatlar verilir, erməni təyyarələri sərhədlərimizi pozur, Qarabağ separatçıları Fransanın hansısa şəhəri ilə saziş imzalayır. Bunlar göstərir ki, düşmən qeyri-konstruktiv mövqeyində qalır. Həm də nəzərə almaq lazımdır ki, Paşinyanı maraqlandıran əsas məsələ parlament seçkilərində qələbə çalmaqdır. Dağlıq Qarabağ münaqişəsi Ermənistan rəhbərliyi üçün arxa plandadır.
Nazirlərin görüşü ilə bağlı "Şərq”ə danışan politoloq İlqar Vəlizadə böyük çətinliklərlə də olsa danışıqlar prosesinin getdiyini deyib. Ekspertin sözlərinə görə, münaqişə tərəfləri arasında müəyyən təmaslar olmalıdır ki, hansısa insident baş verərsə, proses idarəolunmaz vəziyyətə gələrsə, mövcud əlaqələr işə salınaraq durumu tənzimləmək mümkün olsun:
"Xarici işlər nazirləri 3 saatdan çox danışıblar. Görüşdən sonra Elmar Məmmədyarov müəyyən fikirlər səsləndirib. Bu o deməkdir ki, Ermənistan xarici işlər nazirliyi Azərbaycanın marağını kəsb edən bir sıra təkliflərlə çıxış edib. Əgər tərəflər oktyabrda növbəti dəfə sövdələşmək qərarı veriblərsə, deməli bu və ya digər formada danışıqlar prosesi gedir. Ən azından burada konstruktiv əsaslar var. Ancaq neqativ hal odur ki, Ermənistan baş naziri Nikol Paşinyanın danışıqlardan xəbəri yoxdur. Düzdür, xarici işlər naziri Mnatsakanyan baş nazirə müəyyən məlumatlar verir. Amma məlumatların üzərində işləmək və onları qavramaq imkanları baş nazirdə aşağı səviyyədədir. Paşinyan proseslərə lazımlı dərəcədə yanaşa, onları təhlil edə bilmir. Onun görüşlə paralel sərsəm açıqlamalar səsləndirməsi ümumi prosesə zərbə vurur. Əgər baş nazir siyasətin nə olduğunu bilsəydi, bir qədər ehtiyatlı açıqlamalar verərdi”. Analitikin fikrincə, xarici işlər naziri Z.Mnatsakanyan baş nazirdən fərqli olaraq təcrübəli diplomatdır: "O, uzun müddət BMT-də işləmiş adamdır. Amma küçə eyforiyası ilə yaşayan Paşinyanın yersiz bəyanatları Mnatsakanyanın mövqeyini əhəmiyyətsiz edir, görüşün nəticəsini heçə endirir. Sözünə və hərəkətinə görə məsuliyyət daşımayan Paşinyan hökuməti ilə normal danışıqlar aparmaq asan olmayacaq. Yəni indiki vəziyyətin mürəkkəbliyi Paşinyan faktoru ilə bağlıdır”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu
11:07 30.10.2026
Hadisə
Milli Məclis bu gün 11 məsələyə baxacaq
11:05 30.10.2026
Gündəm
Lavrov ABŞ-a gedib
11:02 30.10.2026
Dünya
Peskov: Putin Makron və Mertslə danışıqlara hazırdır
10:56 30.10.2026
Dünya
Peskov: Zelenski Putinə hələ zəng etməyib
10:45 30.10.2026
Dünya
Deputat Səyyad Aran Ombudsmanı təriflədi
10:42 30.10.2026
Cəmiyyət