Nazirlik rəsmisi: Vaxtından əvvəl doğulmuş uşaqlarda yarımçıqlıq əlaməti kimi bir sıra qüsurlar qalır
07:00 19.11.2018
Arxiv
524
Respublika Perinatal Mərkəzi və "Uptodate In Medicine” tibbi konsaltinq şirkətinin birgə təşəbbüsü, Avrasiya Klinik Elmlər Jurnalının dəstəyi ilə "Fetal exokardioqrafiya” mövzusunda seminar keçirilib.
Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, seminarda ölkənin müxtəlif tibb müəssisələrinin radioloqları, kardioloqları, reanimatoloqları, ginekoloqları, neonatoloqları, pediatrları iştirak ediblər.
Tədbirdə Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu, mərkəzin baş həkimi Sevinc Məmmədova çıxış edərək seminarın bütün səhiyyə ocaqlarında çalışan həkim-mütəxəssislər üçün xüsusi əhəmiyyət kəsb etdiyini bildirib: "Bu gün vaxtından əvvəl doğulmuş uşaqların günüdür. İştirak etdiyimiz tədbir də bu tarixlə əlaqədar mərkəzdə keçirilən növbəti toplantıdır. Tədbirin keçirilməsində əsas məqsəd vaxtından əvvəl doğulmuş körpələrdə ürək qüsurlarının erkən aşkarlanmasının üsullarını birgə müzakirə etməkdir. Belə ki, həmin uşaqların təxminən yarısında yarımçıqlıq əlaməti kimi bir sıra qüsurlar qalır. Bu problemlərə ürəklərində bəzi pərdə və pəncərələrin açıq qalması da aiddir. Uşaqlarda həmin problemləri erkən aşkarladıqda və düzgün müalicə etdikdə onlar ömürlərinin sonunacan ürək qüsurlarından qaçmış olurlar və sağlam böyüyürlər. Bu səbəbdən fetal exokardioqrafiyaya böyük əhəmiyyət verilir".
Tədbir radioloq Azər Fərəcin monoleksiyasının dinlənilməsi ilə davam etdirilib.
Seminarın sonunda həkimlərə davamlı tibbi təhsil üzrə 5 kredit ballıq sertifikatlar verilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol
Azərbaycan Avropanın yeni bazarlara çıxışının açarıdır - RƏY
19:37 26.10.2026
Gündəm
Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək
19:31 26.10.2026
Region
Ermənistanın ilk prezidenti tibbi müayinədən keçib
19:25 26.10.2026
Gündəm
Paşinyan: Ermənistanda yeni müxalifət formalaşmalıdır
19:18 26.10.2026
Cənubi Qafqaz
Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstəyi təsdiqləyib
19:10 26.10.2026
Dünya
Ceyhunun qətlinə görə daha iki nəfər barədə qərar
19:02 26.10.2026
Hadisə
İsrail 27 oktyabr seçkilərinə qədər İrana hücum etməyəcək
18:56 26.10.2026
Siyasət
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
18:49 26.10.2026
Siyasət
Ceyhunun qətlinə görə daha iki nəfər həbs ediləcək
17:29 26.10.2026
Hadisə
Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü
17:27 26.10.2026
Hadisə