Nazirlikdən kompüter istifadəçilərinə xəbərdarlıq - YENİ VİRUS GƏLİR
13:24 25.10.2017
Arxiv
544
Müxtəlif ölkələrdə 200-dən çox dövlət qurumunun və özəl təşkilatların informasiya sistemlərinə zərbə vuran "Bad rabbit” adlandırılan ransomware virusu aşkar olunub.
İKT.lent.az-ın Mincom.gov.az-a istinadən xəbərinə görə, virus "Win32/Diskcoder.D” "Trojan-Ransom.Win32.Gen.f”, "Win32/Tibbar”, "Troj/Ransom-ERK” adları altında sistemlərə nüfuz edir.
Rusiya, Türkiyə, Ukrayna, Almaniya kimi ölkələrdə sürətlə yayılan bu virus "Petya” virusunun bir başqa formasıdır. Hücumçu kompüter sistemlərini kilidləyir və açılması üçün qurbandan 0.05 bitcoin (285$) tələb edir. Virus bəzi rus xəbər media saytlarına daxil olan istifadəçilərə saxta "Adobe Flash Player”də yenilik barəsində pop-up reklam mesajı kimi təqdim olunaraq yayılır. Bununla yanaşı, istifadəçilər bu və ya digər təhlükəli veb-saytlara daxil olduğu zaman zərərli fayllardan ibarət olan saytlara yönləndirilir.
Qeyd edək ki, tələb olunan məbləğ ödənilmədən şifrələnmiş sistemlərin deşifrə olunma yolları hələ də araşdırılmaqdadır.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi mövcud təhlükədən mühafizə olunmaq üçün aşağıdakı təhlükəsizlik tədbirlərini istifadəçilərin diqqətinə çatdırır:
- Ziyanvericinin şəbəkənizdə yayılmasının qarşını almaq üçün WMI xidmətini (Windows Management Instrumentation Command-line) deaktiv edin;
- Kompüterdəki faylların (mətn, şəkil, video, audio) ehtiyat nüsxəsini başqa bir qurğuya köçürün (backup);
- Windows əməliyyat sistemlərində mövcud olan boşluqların aradan qaldırılması üçün dərhal yenilənmə ("patch”ın yüklənməsi və quraşdırılması) aparın;
- E-poçt vasitəsi ilə göndərilən naməlum fayllara, tanış olmayan hər hansı digər mənbəyə keçidə daxil olmayın;
- Qeyri-rəsmi mənbələrdən tətbiqetmələr yükləyib quraşdırmayın;
- Sisteminizi ehtiyac olmadığı təqdirdə "admin” olaraq idarə etməyin;
- Aktiv və antivirus bazası aktual olan antivirusdan istifadə etdiyinizdən əmin olun;
- Əgər hər hansı antivirus proqramı istifadə edilmirsə, Microsoft Defender antivirus proqramından istifadə edin.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya