Nəhəng balina sahilə çıxdı

Hər an partlaya bilər, indi hökumət 15 tonluq okean nəhənginin qalıqlarını məhv etməyi düşünür



Fransanın Sent-Mari-de-la-Mer şəhərində çimərlik təhlükə səbəbi ilə bağlanıb. Böyük dalğalar ölmüş balinanın cəsədini sahilə çıxarıb.

İndi hökumət 15 tonluq okean nəhənginin qalıqlarını necə məhv etməyi düşünür. Vaxt çox az qalıb. Balinanın cəsədi günü gündən şişir. Hər an partlaya bilər. Yerli ekspertlərin sözlərinə görə, nəhəng heyvan hər hansı bir gəmi ilə toqquşma səbəbindən ölüb. Belə hadisələr okeanda tez-tez baş verir. Balinanın ölüm səbəbini dəqiqləşdirmək üçün onun dərisindən nümunələr götürülüb. Səlahiyyətlilər hesab edir ki, çimərlikdəki nəhəng varlıqdan xilas olmağın ən uyğun yolu balinanı dinamitlə partlatmaqdır. Ancaq bu ciddi bir riskdir. Mütəxəssislər belə olarsa, ortaya çıxacaq qazın, ölümcül ola biləcəyi mövzusunda xəbərdarlıq edir. 2013-cü ildə Şimal Atlantik sahillərində yaşanan bənzər bir vəziyyətdə çəkilən videoda da hadisənin təhlükəli olduğu göstərilmişdi. Dinamitlə partladılan balinanın içindən çıxan qaz və orqanlar qorxunc bir görüntüyə də gətirib çıxarmışdı.