Nərgiz Paşayeva Rusiya Təhsil Akademiyasının akademiki seçilib
15:04 04.03.2019
Arxiv
596
M.Y.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik Nərgiz Paşayeva fevralın 27-də Rusiya Təhsil Akademiyasının üzvlərinin Ümumi Yığıncağının iclasında M.Y.Lomonosov adına MDU-nun rektoru, akademik V.A.Sadovniçinin təqdimatı ilə yekdilliklə Rusiya Təhsil Akademiyasının akademiki (xarici üzvü) seçilib. http://rusacademedu.ru/news/v-rossijskoj-akademii-obrazovaniya-proshlo-obshhee-sobranie-chlenov-rao/
"Sherg.az"ın məlumatına görə, Akademiyanın yeni, o cümlədən xarici üzvləri maksimal dərəcədə şəffaf prosedur – səslərin elektron hesablanması vasitələrinin tətbiqi ilə bülletenlərlə gizli səsvermə yolu əsasında seçilib. Bu sistemdən Rusiya Mərkəzi Seçki Komissiyasının keçirdiyi ümum-Rusiya seçkilərində istifadə olunur. Səsvermədə iclasa qatılan bütün Akademiya üzvləri iştirak ediblər.
Ümumi Yığıncağın iclasında 200-ə yaxın rusiyalı və xarici alim, Akademiya üzvləri, Rusiya Prezidenti Administrasiyasının, Rusiya hökumətinin, federal nazirlik və qurumların, Rusiya Dövlət Dumasının nümayəndələri, Rusiya Təhsil Akademiyasının Qəyyumlar Şurasının üzvləri və görkəmli dövlət xadimləri iştirak ediblər.
Əsas müzakirə mövzusu "Təhsil”, "Elm” milli layihələrinin reallaşdırılmasında Rusiya Təhsil Akademiyasının iştirakı, eləcə də Akademiyanın perspektiv inkişaf planları və gələcək irimiqyaslı layihələr olub. İclasın ikinci hissəsində Akademiyanın yeni üzvləri və onun idarəetmə orqanlarının nümayəndələri seçilib.
Professor Nərgiz Paşayeva ilə yanaşı, Li-Yanki Hannelora (Almaniya Federativ Respublikası və İsveçrə Konfederasiyasının vətəndaşı) və Fransisko Pons (İspaniya Krallığı və İsveçrə Konfederasiyası) da Rusiya Təhsil Akademiyasının xarici üzvləri seçiliblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Planetin ən çox istehlak olunan əti…
18:18 27.08.2026
Maraqlı
“Kərkinin Azərbaycana qaytarılması mümkündür” - Ədalət Verdiyev
17:49 27.08.2026
Aktual
Qazaxıstan Qəzzada qoşun yerləşdirəcək
17:47 27.08.2026
Aktual
600-dən çox bal toplayan 30 abituriyent qəbul olunmadı
17:40 27.08.2026
Elm və Təhsil
Ağ Ev: Hazırda İranla danışıqlar aparılmır
17:25 27.08.2026
Dünya
“Bosniya qəssabı” Ratko Mladiç ölüb
17:18 27.08.2026
Gündəm
“Qarabağ”- “Tvente” oyunundan əvvəl fan zona təşkil olunacaq
17:06 27.08.2026
Cəmiyyət
Qaluzin: ABŞ-nin Ukrayna ilə bağlı mövqeyi dəyişib
16:40 27.08.2026
Dünya
Paşinyan: Ermənilər SSRİ-ni unudurlar
16:30 27.08.2026
Gündəm
"Balıqçılıq haqqında" qanun qüvvəyə minib
16:07 27.08.2026
Futbol
Rusiya edam cəzası verilən Bəşər Əsədi Suriyaya qaytrarır?
16:01 27.08.2026
Dünya
Bəs dənizin ortasında yosun varsa?
15:53 27.08.2026
Cəmiyyət
Avropa İttifaqı və Qrenlandiya təhlükəsizlik sazişi imzalayacaq
15:45 27.08.2026
Gündəm
Hava Limanında sərnişində narkotik vasitə aşkarlanıb
15:35 27.08.2026
Hadisə