“Niderland parlamenti “Erməni soyqırımı”nı niyə tanıyıb ? - Aktual şərh

Fikrət Sadıqov:"Türkiyənin apardığı xarici siyasət bəzi Avropa qüvvələrini qıcıqlandırır. “Erməni soyqırımı”nın ortaya atılması da bununla əlaqədardır”



"Türkiyənin apardığı xarici siyasət bəzi Avropa qüvvələrini qıcıqlandırır"

"Niderland parlamentində "erməni soyqırımı”nın tanınması bir qrup deputatın mövqeyidir, ümumi dövlət siyasəti deyil”.

Bunu "Shegr.az”a politoloq Fikrət Sadıqov söyləyib. 

O diqqətə çatdırıb ki, müxtəlif siyasi partiyaların nümayəndələri, səs verən deputatlar seçilib, erməni diasporaları tərəfindən maliyyələşdirilib:

"Türkiyənin qınağından sonra Niderland XİN dərhal parlamentin qəbul etdiyi qətnaməni təkzib etdi. Vurğulanıb ki, bu, Hollandiyanın rəsmi mövqeyi deyil. Türkiyə ilə münasibətlərdə dəyişiklik yoxdur və gələcəkdə də ola bilməz.

Türkiyənin apardığı xarici siyasət bəzi Avropa qüvvələrini qıcıqlandırır. Qardaş ölkənin müstəqil addımları, Yaxın Şərqdə güclü oyunçuya çevrilməsi, Suriya ərazisində əməliyyatlar aparması, beynəlxalq münasibətlər sistemində söz sahibi olması müəyyən dairələrin narahatlığına səbəb olur. "Erməni soyqırımı”nın ortaya atılması da bununla əlaqədardır”.

Qeyd edək ki, Türkiyə XİN Niderland parlamentinin qondarma "erməni soyqırımı"nı tanıması haqqında qərarını şiddətlə qınayıb.

Aysel Aslan