NTV kanalı Ermənistanı aşağıladı
22:37 05.12.2017
Arxiv
440
Rusiyalı politoloqların tənqidləri göstərir ki, İrəvan cəzasını alacaq
Bu günlərdə Rusiyanın NTV telekanalında "Görüş yeri” verilişində rusiyalı politoloqların işğalçı ermənilərə qarşı kəskin mövqeyi ortaya qoyulub. Verilişdə yarım saat ərzində Ermənistanı və onun prezidenti Serj Sarkisyanı ən ağır ifadələrlə dəfələrlə aşağılayıblar. Düşmən ölkə Rusiyanı arxadan vurmaqla, xəyanət etməklə suçlanıb.
Rusiya büruzə verməsə də, Ermənistanın Avropa ilə Şərq Tərəfdaşlığı müqaviləsinin bağlanmasını satqınlıq kimi dəyərləndirib. Proqramda nankor Ermənistana göstərilən köməklər xatırlanıb. Vurğulanıb ki, faktiki olaraq Ermənistanı Rusiya saxlayır. Verilişdə həmçinin, bəyan edilib ki, Rusiyanın mətbuatı və kinematoqrafiyası ermənilərin nəzarətindədir. Rusiyanın bugünədək himayə etdiyi Ermənistana qəzəblənməsi düşmən ölkədə ciddi təşvişə səbəb olub. Erməni ekspertlər bunu İrəvanın fəlakəti kimi dəyərləndiriblər.
Məsələni "Şərq”ə şərh edən politoloq Tofiq Abbasov deyib ki, sözügedən verilişdə Ermənistan haqqında təhqiramiz ifadələr səsləndirilib. Ekspertə görə, rusiyalı politoloqlar Ermənistanı yüngül xasiyyətli qadına bənzədiblər:
"Hamı yaxşı bilir ki, Ermənistan uzun müddət sahibi Rusiyaya sadiq olub, Moskva ilə yaxın münasibət saxlayıb. Bunun müqabilində Rusiyada əksəriyyət düşmən ölkəni müdafiə edib və onları işğalçı kimi qələmə verməyiblər. Amma indi rus siyasətçilər Sarkisyanı nankor və özünə başqa "oynaş” axtaran əxlaqsız qadın kimi təqdim edirlər. Emosionallıq olsa da, əslində verilişdə deyilənlərin hamısı həqiqətdir. Ermənistan bütün təhqirlərə layiqdir. Düzdür, siyasətdə bu cür gedişlər edilir, riyakar addımlar atılır. Ermənistan birinci dəfə deyil ki, anlaşmalara naxələf çıxır, xəyanət edir. Belə davranmaq ermənilərin qanında var.
Lakin proseslər İrəvanın çıxılmaz vəziyyətdə qaldığını göstərir. NTV efirində səslənən fikirlərə görə, hazırda Ermənistanda çox ciddi çaxnaşma müşahidə olunmaqdadır. Çünki Rusiyada yaşayan tanınmış ermənilər də həmin politoloqlar kimi Sarkisyan rejimini sərt tənqid edirlər. Guya Ermənistan özü bilərəkdən manevr edib və Rusiyanı nələrəsə məcbur etməyə çalışıb. Hətta iddia edirlər ki, Ermənistan Rusiya ilə Avropa arasında "körpü” rolunu oynamağa çalışıb. Lakin bunların hamısı cəfəng və reallığı əks etdirməyən bəhanələrdir. Moskva tərəfindən verilən reaksiyalar sübut edir ki, Ermənistan ikiüzlülük edərək, Kremlin rizası olmadan Şərq tərəfdaşlığını imzalayıb. Çox güman ki, düşmən ölkənin bu addımı cəzasız qalmayacaq. Bunun Azərbaycan tərəfinə hansısa fayda verib-verməyəcəyini isə zaman göstərəcək”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm
Cəlilabadda açıq ərazi yanır - FOTO
17:35 21.09.2026
Hadisə
Bankın süni intellekt köməkçisi müştərini təhqir etdi - FOTO
17:32 21.09.2026
Texnologiya
Bakıda marketdə qadını döyən şəxs həbs edilib
17:30 21.09.2026
Hadisə
Elm və Təhsil Nazirliyinin dərsini vermək lazımdır - Həsən Həsənov
17:08 21.09.2026
Gündəm