"Ölkədə ənənəvi müxalif siyasilərin dövrü bitib"





"Azərbaycan Xalq Hərəkatı adındakı arxaik sözdən istifadə edərək, siyasi cəhətdən deqredasiyaya uğramış İsgəndər Həmidov, Nemət Pənahlı, Pənah Hüseyn kimilərin yenidən siyasi proseslərə qatılması xalq tərəfindən ciddi qəbul edilmir”.

Bunu "Sherg.az”a açıqlamasında siyasi ekspert Məhəmməd Əsədullazadə deyib.

Analitik bildirib ki, sözügedən siyasi qrupların bir yerə toplanaraq "hərəkat” yaratması lağ-lağı kimi qeyd edilir:

"Əgər onların keçirdiyi konfransa 100 nəfər qatılmayıbsa, hardan oldu Xalq hərəkatı?! Görünür, bunlar "Yurd” sədri Əli Kərimli ilə yarışa girib xalqı siyasi proseslərdən çəkindirməyə çalışırlar.

Həm İsgəndər Həmidov, həm də Əli Kərimli arabanı bir tərəfindən tutub istədiyi yerə çəkirlər. Onlar öz aralarında nəticəsi bilinməyən yarışa giriblər. Ölkədə ənənəvi müxalif siyasilərin dövrü bitib. Ona görə də Azərbaycanda bunlara inamsızlıq yaranıb, etimad yoxdur”.

İsmayıl