Ölüm evinə belə getmişdi...

Keçmiş sevgilisi tərəfindən cəsədi mişar ilə parçalara bölünmüşdü
İstanbulun Şiledəki zibil toplama sahəsində parçalanmış halda cəsədi olan və keçmiş sevgilisi tərəfindən öldürüldükdən sonra mişar ilə parçalara bölünən Günəş K.ın son görüntüsü ortaya çıxdı.
Şiledə 13 avqustda parçalanmış halda cəsədi olan Günəş K.ın (35), öldürüldüyü gün qatil şübhəlisi Bayram F.ın Ümraniyedəki evinə doğru tək başına gedərkən kamera qeydləri ortaya çıxdı. Kamera görüntülərində Günəş K., mişarlı vəhşiliyin yaşandığı evə doğru irəliləyir. Polisin təsbitlərinə görə Günəş K.ın bu kamera görüntülərindən təxminən beş dəqiqə sonra girdiyi evdə ikilinin arasında bir mübahisə yaşanır və vəhşilik dəqiqələri başlayır. Təhlükəsizlik idarəsində verdiyi ilk ifadədə cinayəti Günəş K.ın indiki sevgilisi Əli B.ın üzərinə yıxmağa çalışan, lakin çarpaz sorğulamalarda qatil şübhəlisi olduğu təyin olunan Bayram F.ın cəsəd parçalarını qaranlıq düşən zaman, bir saat 20 dəqiqəlik müddətdə zibil qutularına payladığı müəyyən olunmuşdu. Bayram F. həbs olunmuşdu.