"Ölüm Mələyi"nin sümükləri Braziliyada dərs vəsaiti oldu

Nasistlər dövründə uşaqlar və əkizlər üzərində amansız təcrübələri ilə tanınan "Ölüm Mələyi" ləqəbli həkim Josef Mengelenin sümüklərinin Braziliyada tibb dərslərində istifadə edildiyi ortaya çıxıb.
Nasistlərin  İkinci Dünya müharibəsi zamanı yəhudiləri qətl etdiyi Auschwitzdə vəzifə yerinə yetirən həkim Mengelenin sümükləri Sao Paulodakı Tibb İnstitutunda dərs materialı olaraq istifadə edilir.
Mengelenin qalıqlarını 1985-ci ildə tapan qrupun lideri Sao Paulo tibb fakültəsinin dekanı Dr. Daniel Romero Munoz, bu sümüklərin dərslərdə istifadə edilə biləcəyini düşünərək, bir neçə ay əvvəl lazımlı icazəni aldığını ifadə edib.
Munoz, Mengelenin sümüklərinin, bir adamın qalıqlarının necə araşdırılacağı və bu məlumatların adamla əlaqəli sənədlərdəki məlumatlarla necə uyğunlaşdırılacağı mövzularında faydalı olduğunu ifadə edib.
Mengelenin qaçaq həyatının, sümüklərini uyğun bir təhsil materialı halına gətirdiyini qeyd edən Munoz, "Məsələn, Mengelenin sol ləyən sümüyündə bir qırıq gördük, ordu qeydlərindəki məlumatlarda da Auschwitzdə bir motosiklet qəzasında sol ləyən sümüyünün qırıldığı yazılır." deyib.
Auschwitzdə 1943 elə 1945-ci  illərdə çalışan və buradakı əsirləri tibbi təcrübələrində istifadə edən Mengele, 1948-ci ildə Almaniyadan qaçdıqdan sonra, sırasıyla Argentina, Paraquvay və Braziliyada gizlənmişdi. Mengele, kim olduğunu bilənləri susdurmaq üçün Sao Paulodakı evini satmaq məcburiyyətində qaldıqdan sonra maliyyə vəziyyəti pisləşmişdi. Nasist həkim, 1979-cu ildə Bertioqa çimərliyində boğularaq ölmüşdü.
İkinci Dünya müharibəsi zamanı nasistlərin Polşada qurduğu və bir milyondan çox yəhudinin öldürüldüyü ifadə edilən Auschwitz düşərgəsi, 27 yanvar 1945-ci ildə Sovet əsgərləri tərəfindən ələ keçirilmişdi. Düşərgənin Sovet əsgərləri tərəfindən qurtarılması, ölüm düşərgələrinin sona çatdığı gün olaraq tarixə keçmişdi.