
“Ölüm şəhəri”
21:23 17.05.2016
Arxiv
705
Burda 95 ədəd məzar tapılıb

Rusiyadakı "Ölüm şəhəri” adlandırılan Dargavsa gedən geri qayıda bilmir. Belə ki, Şimali Osetiya bölgəsindən keçən 5 sıradağın birində yerləşən kənd haqqındakı əfsanələr və hekayələrə rəğmən məşhur bir gəzinti məkanına çevrilə bilməyib.
Bunun səbəbi isə həmin əraziyə gedən yolda nəqliyyat probleminin olmasıdır. Bölgəyə ancaq dar, döngəli və puslu təpələri aşdıqdan sonra getmək olur. Şəhər bir təpə üzərində tikilən ağ evlərdən meydana gəlib. Əslində şəhəri bu qədər məşhurlaşdıran da bu evlərdir.
Şimali Osetiya torpaqlarındakı "Qız Dağı”ndakı tarixin sirli sığınacağı hesab olunan "Ölüm Ev”ləri araşdırmaçıları da çox təəccübləndirib. Əvvəllər yalnız osetinlər deyil, bütün Qafqaz xalqları ruhların ölümsüzlüyünə, yəni ölümdən sonra həyatın davam etdiyinə inanırdı. Bölgəni ziyarət edən nadir kəslər arasında bir neçə arxeoloq da olub. Qeyd edək ki, ərazidəki tapıntılar çox maraqlıdır. Məsələn, aparılan qazıntılarda ölülərin qayıq içində basdırıldığı müəyyən edilib. Heç bir yerində axar su olmayan bu yerə qayıqların haradan gəldiyi sirr olaraq qalsa da, bunun ruhların cənnətə getmək üçün bir çayı keçmək məcburiyyətində olduğu inancına söykəndiyi təxmin edilir. "Ölüm Şəhəri”ndə cəmi 95 ədəd məzar tapılıb. Bunların 30 -u zəngin ailələrə aid olduğu deyilən yerüstü məzar, 65 -i isə yoxsul ailələrə aid olan yeraltı məzarlardan ibarət olub. "Ölüm Evləri”nin gözətçisi olan 60 yaşlı Badtiyate sülaləsindən olan Dzahot isə öz nəslinə aid olan məzarı göstərərək "Bunlara osetin dilində Zeppes deyilər. 14-cü əsrdə torpağa olan ehtiyac səbəbiylə atalarım çox yer tutmasın deyə qüllə şəklində məzarlar qazıb ölülərini bura basdırıblar. Daha sonra isə şiddətli xəstəliyə tutulanlar öz soylarına aid məzara gedərək orada ölüblər. Və 18-ci əsrə qədər də bütün ölülərini burada basdırıblar”. Araşdırmaçıların da dediyinə görə, yeraltı və yerüstü məzarları yaxından araşdırılınca XIV-XVIII əsrlərə aid olduqları ortaya aşkar olunub. Deməli, bu strukturlar epidemiya xəstəliklərinin tüğyan etdiyi dövrlərdə mövcud olub. Ancaq məzarların quruluş səbəbi indiki vaxtda da mübahisə mövzusu olaraq qalmaqdadır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə