Ölünü motosikletin üstünə bağladılar - Foto






Puerto-Rikoda baş tutan dəfn mərasimi görənləri heyrətləndirib.
Axar.az xarici mətbuata istinadən xəbər verir ki, 22 yaşlı David Morales adlı gəncin dəfn mərasimi ictimaiyyətdə böyük maraq doğurub. Gəncin dəfn mərasimini həyata keçirən "Marin” adlanan cənazə evinin heyəti qəribə üsuldan istifadə edib. Onlar vida mərasimini daha yaddaqalan etmək üçün 22 yaşlı gənci tabutda deyil, "Honda F4” markalı motosikletin üzərinə oturdaraq iştirakçıların əyləşdiyi salona gətirib.
Qeyd edək ki, bu, Puerto-Rikoda baş tutan ilk belə hadisə deyil. Ötən il ailəsi ilə birlikdə silahlı hücuma məruz qalan Rivera Amaro adlı boksçu üçün də məhz bu cür qəribə vida mərasimi təşkil olunub.
Amaro mərasim salonunda yaradılan rinqə boksçu geyimində gətirilib və yaxınları onunla çox sayda xatirə şəkli çəkdirib.