Onları hissələrə parçalayıb satırlar

Albinos cinayəti...
Tanzaniyada albinos olmaq sanki bir qorxu filmində baş rol oyunçusu olmaq kimidir.
Paqan inanclar Afrikada hələ də yaşayır. Vudu cadugərləri zəngin olmaq istəyən, yaxşı bir qismət tapmaq istəyən və ya sağlamlığına qovuşmaq istəyən paqan afrikalılara içində albinos əlləri, ayaqları, gözləri və ya baş dərisi olan iksirləri təqdim etməyə bu gün də davam edir. Bir albinosun baş dərisi, əlləri və ayaqları 250 min dollara satılır. Albinos Tanzaniyada 1400 insanda bir, qərbdə isə 20 min insandan birində rastlanır. Xüsusilə Tanzaniyanın iç seqmentlərində insanların ən yaxın su quyusuna getmək üçün kilometrlərlə yol getdiyi məskunlaşma yerlərində albinos uşaqlar asan ovlanır. Rəsmi rəqəmlərə görə Tanzaniyada 2007-ci ildə 53 albinos, qətl edildi, şans gətirdiyinə inanıldığı üçün bədənləri parçalanaraq satıldı. Bəzi bölgələrdə Albinos körpələrin doğular- doğulmaz öldürüldüyü ifadə edilir. Bir albinosun orqanları 75 min dollara qədər alıcı tapa bilir. Ortalama 10 qat çox Albinos hadisəsinin yaşandığı Tanzaniya 270 mindən çox albinos əhalisinə sahib ölkələrdəndi. Albinosların məruz qaldığı bir başqa şiddət də təcavüzdür. Çünki Afrikada ovsunlayanların yanında bir albinos ilə cinsi əlaqəyə girmənin AIDS-ə yoluxmamağına dair də bir inanc var. Bu səbəblə ümumiyyətlə öldürülən albinos uşaqların qız, kişi fərq etmədən təcavüzə uğramış olmalarına səlahiyyətlilər təəccüblənmir. Xalqın çoxunun, bəzən "insan olmayan, qarabasma”, bəzən tanrı tərəfindən cəzalandırılmış "lənətli” olaraq qiymətləndirdiyi albinoslar, bu səbəblə çox vaxt məktəblərə də qəbul edilmir. Afrikadakı albinoslar, cinayətlərə məruz qalmalarının xaricində hücumlarla və ayrı-seçkiliklə qarşılaşır. Albinoslar çöldə gün işığında çalışmaq məcburiyyətində qaldıqları işlərdə isə dəri xərçənginə tutulma riskiylə qarşı-qarşıya qalır. İndiyə qədər Tanzaniyada 136 albinos ölümü və 211 hücum, Burundidə 33, Konqo Demokratik Respublikasında isə 29 albinos ölümü qeydə alınıb. "Albinizm” (Fosfor adam) - dəridə, saçda, gözlərdə piqmentasiyanın anadangəlmə yoxluğuna səbəb olan irsi, genetik bir haldır.