“Ordu tam şəkildə Paşinyan siyasi hakimiyyətinə tabe deyil” - Politoloq
13:21 28.03.2019
Arxiv
937
"Görüş öncəsi Ermənistan ordusunun təxribatından aydın olur ki, ordu tam şəkildə Paşinyan siyasi hakimiyyətinə tabe deyil”.
Bunu "Sherg.az”a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Analitik bildirib ki, Qarabağ münaqişəsinin nizamlanması üzrə Vyanada keçiriləcək görüş öncəsi Azərbaycan ordusunun təmas xəttində şəhid verməsi birbaşa danışıqların pozulmasına, xüsusi ilə bundan sonrakı etimad mühitinin formalaşmasının qarşısının alınmasına yönəlib:
"Tərəflər arasında mümkün kompromis əldə olunmasına qarşı orduda müəyyən qüvvələr buna qarşı olacaq və silahlı qiyama əl atacaq, təxribatlar törədəcək. Deməli, İrəvanla hazırkı situasiuada danışıqlar mənasızdı.
Erməni ordusunda kök salmış Rusiya agentura şəbəkəsi belə pozuculuq fəaliyətinə əl atıb, mövcud iqtidara qarşı təzyiq edəcəklər. Paşinyan orduda təmizlik işləri aparmadan, "Qarabağ klanı”nın qalıqlarını təmizləmədən danışıqlarda Qərbin hansısa planını reallaşdıra bilməyəcək.
Azərbaycan belə olan təqdirdə İrəvanla hansı danışıqlara getməlidir? Vyana görüşü sadəcə Paşinyana atəşkəsin qorunması üçün vacib görünür. Biz bu kimi danışıqlara status-kvonun qorunması üçün istifadə edilməsinə imkan verməməliyik. Vyana görüşündən ciddi münaqişənin həllinə yönələn proses nəzərə çarpmasa, bundan sonrakı danışıqlara qatılmaq vaxt uzatmaq olacaq”.
Ekspert bildirib ki, Azərbaycan Vyana görüşündən sonra işğalçıya qarşı təzyiq siyasətini yenidən başlamalıdır:
"Mən ötən həftə şərhimdə qeyd etmişdim ki, Rusiya Qarabağda provakasiya hazırlaya bilər. Bu qeydlərim özünü doğrultdu. Vyana görüşü ərəfəsində Rusiyaya bağlı olan erməni ordusu təxribat edərək əsgərimizi şəhid etdi. Rusiya Paşinyana onun iradəsindən kənar danışıqlar aparmasına imkan verməyəcək. Ona görə də biz Vyana görüşündən müsbət irəliləyiş gözləməməliyik. İlk növbədə Ermənistan tərəfi buna getməyəcək, ərazilərin boşaldılmasına hazır deyillər”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azad edilmiş ərazilərdə daha 139 mina, 522 PHS aşkarlanıb
15:17 24.08.2026
Aktual
Peskov Paşinyana cavab verib
15:04 24.08.2026
Gündəm
Rusiya Gürcüstan üzərindən Ermənistana daşımaları dayandıra bilər
14:48 24.08.2026
Gündəm
Günə 77 qəpiyə “Nar”dan smartfon!
14:41 24.08.2026
Cəmiyyət
Xatəmi: İran Amerika ilə istənilən ssenari üzrə döyüşə hazırdır
14:03 24.08.2026
Dünya
Pakistan ordusunun feldmarşalı Trampa zəng etdi
13:24 24.08.2026
Gündəm
Məhkəmə Rüfət Səfərov barədə qərar verib
12:55 24.08.2026
Hadisə
Bəqai: Rəsmi Tehran Məkkə sazişinə qoşulmaqla bağlı təklif almayıb
12:42 24.08.2026
Gündəm
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
12:38 24.08.2026
Ekologiya
Bakıda mənzilini yandıran şəxs saxlanılıb
12:28 24.08.2026
Hadisə
Elm dünyasını şoka salan kəşf: Yeni orqan aşkarlandı
11:57 24.08.2026
Sağlamlıq
Erling Haaland uzun sarı saçlarını kəsdirib
11:35 24.08.2026
Futbol
Prezident İlham Əliyev Zelenskini təbrik edib
11:08 24.08.2026
Gündəm