Bu sistemlərin düşmən tərəfindən çözülməsi, danışıqların dinlənməsi mümkün deyil: “Çünki sistemdə atlamalı tezliklər var, yəni saniyə ərzində tezliklər çox sürətlə dəyişir"
Orduda rabitə sistemi önəmlidir
07:28 03.11.2018
Arxiv
772
Silahlı Qüvvələrimizdə Peyk Rabitəsi İdarəetmə Mərkəzinin olması lazımlıdır
Bu sistemlərin düşmən tərəfindən çözülməsi, danışıqların dinlənməsi mümkün deyil: “Çünki sistemdə atlamalı tezliklər var, yəni saniyə ərzində tezliklər çox sürətlə dəyişir"
Bu sistemlərin düşmən tərəfindən çözülməsi, danışıqların dinlənməsi mümkün deyil: “Çünki sistemdə atlamalı tezliklər var, yəni saniyə ərzində tezliklər çox sürətlə dəyişir"
Ötən gün Müdafiə naziri Zakir Həsənov və nazirliyin rəhbər heyəti ilə birlikdə Azərbaycan Ordusunda yeni istismara verilmiş Peyk Rabitəsi İdarəetmə Mərkəzinin fəaliyyəti ilə tanış olub. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, peyk rabitə sistemi avtonom işləyən mərkəzi yerüstü stansiya, mobil və daşınan peyk rabitəsi vasitələri olaraq "Azərkosmos” ASC-nin peyki üzərindən fəaliyyət göstərir. Peyk rabitə sistemi hücum və müdafiə əməliyyatlarında qoşunların mobil hərəkəti və çevik yerdəyişməsi zamanı komanda məntəqələri arasında səsli və mətn məlumat mübadiləsinin təmin edilməsi üçün təyin edilib.
Silahlı Qüvvələrimizin peyk sistemlərindən istifadəsi ilə bağlı "Şərq”ə danışan hərbi ekspert Rəşad Süleymanov bildirib ki, kosmik sənayemizin yaradılmasında əsas məqsədlərdən biri ölkənin müdafiə qabiliyyətini yüksəltməkdir. Ekspertin sözlərinə görə, peyklərin imkanlarından istifadə edilməklə ilk növbədə ölkənin rabitə təhlükəsizliyi qurulur:
"Müasir müharibələrdə rabitə və informasiya təhlükəsizliyi önəmli rol oynayır. 2008-ci il Gürcüstan-Rusiya qarşıdurmasında Tiflisin müstəqil peyki və rabitə kanalı olmaması səbəbindən ölkənin rabitə məkanı Rusiya tərəfindən qapadıldı. Dövlət rabitəsi də daxil olmaqla Gürcüstanın bütün hərbi, mülki və mobil kanalları Moskva tərəfindən bağlanıldı. Bu təcrübəyə dayanaraq deyə bilərik ki, müasir müharibələrdə rabitə təhlükəsizliyi ön planda dayanır. Azərbaycanın özünəməxsus "Azərspace” və "Azərsky” peykləri həm dövlət, həm də hərbi rabitəni heç bir dövlətdən asılı olmadan qurmağa imkan verir. Bu peyklərdən ilk dəfə Dövlət Sərhəd Xidməti istifadə etməyə başlayıb. Artıq Müdafiə Nazirliyi də peykin xidmətindən yararlanmaq qərarı verib. Vurğulayım ki, "Azərsky” peyki optik müşahidə peykidir və kəşfiyyat funksiyalarını yerinə yetirir. Bu sistem yüksək ayırdetmə qabiliyyətinə malikdir. Azərbaycan Silahlı Qüvvələri uzun zamandır "Azərsky” peykinin imkanlarından istifadə edir. Əvvəllər bu cür əməliyyatlar xarici ölkələrin peyklərinin arendaya götürülməsi ilə həyata keçirilirdi. Ancaq bu gün Azərbaycan özünə lazım olan hərbi-təyinatlı informasiyaları milli peyklərimizin imkanlarından yararlanaraq əldə edir. Eyni zamanda digər ölkələr xidmət üçün bizə müraciət edirlər ki, bu da əlavə valyuta gətirir”.
R.Süleymanov vurğulayıb ki, növbəti mərhələdə aşağı orbitli mini peyklərin hava məkanına çıxarılması planlaşdırılır:
"Bu peyklər mütəmadi olaraq ərazilərdə kəşflərin aparılması, öyrənilməsi və nəzarətdə saxlanılması funksiyalarını yerinə yetirməyə imkan verəcək. Aşağı orbitli peykləri konkret ərazilərin üzərində saxlamaq mümkündür. Nəzərə alaq, "Azərsky” sutkada bir və ya iki dəfə eyni ərazi üzərindən keçir. Lakin aşağı orbitlərindən istifadə olunmaqla kəsintisiz müşahidələr aparmaq mümkündür”. Ekspert bəyan edib ki, rabitə sisteminin müasirləşdirilməsi Azərbaycan Silahlı Qüvvələrində 2008-ci ildən həyata keçirilir. Bu istiqamətdə müxtəlif təyinatlı rabitə vasitələrinin satın alınması reallaşdırılır: "Türkiyənin ASELSAN şirkətindən, eyni zamanda İsraildən dəyişən tezliklərə malik olan radiostansiyalar əldə etmişik. "Tasmus” deyilən sistemə də sahib olmuşuq. Bunlar Azərbaycan Ordusunun etibarlı rabitə təminatını qurmağa kömək edir. Bənzər rabitə sistemləri MDB məkanında çox az sayda ölkədə var. Ukrayna kimi ölkə bu tipli rabitə sistemini hələ ötən ildən əldə etməyə başlayıb. Təsəvvür edin, Ukrayna Azərbaycandan 10 il sonra bu sahədə addım atıb”.
R.Süleymanov əlavə edib ki, bu sistemlərin düşmən tərəfindən çözülməsi, danışıqların dinlənməsi mümkün deyil:
"Çünki sistemdə atlamalı tezliklər var, yəni saniyə ərzində tezliklər çox sürətlə dəyişir. Bu da ordumuzun rabitəli sistemini etibarlı edir. Düşmənin radio maneələrinə baxmayaraq, ordumuz davamlı şəkildə fəaliyyətini qura biləcək”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qətnamələr güclülərin maraqlarına uyğun gələndə icra olunur - ŞƏRH
18:33 27.10.2026
Gündəm
Putin: Bir sıra beynəlxalq idman təşkilatları əməkdaşlığı dağıdır
18:14 27.10.2026
Dünya
Putin Azərbaycanı Rusiya üçün yaxşı tərəfdaş adlandırıb
18:10 27.10.2026
Gündəm
İnternetin qiyməti yenə qalxır?
18:07 27.10.2026
Aktual
Hörmüz boğazından keçən neft tankeri minaya düşüb
17:51 27.10.2026
Hadisə
Dövriyyədə olan nağd pulun həcmi 12 faizə yaxın artıb
17:09 27.10.2026
İqtisadiyyat
Türkiyə NATO-ya güzəştə getmədi - Montrö qərarının pərdəarxası
17:05 27.10.2026
Region
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
16:58 27.10.2026
Gündəm
Pəhləvi: Plan hazırdır, İran rejimini devirmək üçün fürsət yaranıb
16:46 27.10.2026
Gündəm
Köhnəlməyən səs yaddaşımız - AZƏRBAYCAN RADİOSU-100
16:15 27.10.2026
Media
Pezeşkian Moskvada səfərdədir
16:07 27.10.2026
Dünya
Xalq artisti Zaur Rzayevin vəziyyəti ağırdır
16:06 27.10.2026
Mədəniyyət