“Ordumuzun müasir hücum həyata keçirə biləcək aviasiya parkı mövcuddur”
12:51 19.03.2019
Arxiv
718
"Azərbaycan Silahlı Qüvvələrinin hazırkı mərhələsini ordunun modernləşdirilməsi-müasirləşdirilməsi prosesi kimi dəyərləndirmək olar”.
Bunu "Sherg.az”a açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.
Analitik bildirib ki, indi ordumuzun arsenalında irimiqyaslı döyüş əməliyyatlarını həyata keçirəcək silah-texnika bazası tam formalaşıb:
"Bu, imkan verir ki, Azərbaycan Ordusu nəinki Qarabağda, hətta Ermənistan ərazisində döyüş əməliyyatları apararaq, düşmən ordusunun dərinlikdə yerləşən hərbi məntəqələrini məhv etsin. Yəni ordumuzun imkanları düşmən bölmələrini qoşunlarımızla üz-üzə döyüşə girmədən məhv edə bilər. Ermənistan isə hazırkı iqtisadi və siyasi vəziyyəti ilə Azərbaycanla müharibə aparmaq, işğal etdiyi əraziləri özündə saxlamaq imkanına malik deyil”.
Ekspert bəyan edib ki, bu gün Azərbaycan Ordusunun müasir hücum həyata keçirə biləcək, modernləşdirilmiş aviasiya parkı mövcuddur: "Ordumuzun quru qoşunları bütün şəraitlərdə yerüstü döyüş əməliyyatını həyata keçirə biləcək yeni texnika parkına malikdir. Silahlı qüvvələrimiz düşmən hədəflərini uzaq məsafədən məhv edə bilən taktik raket və artilleriya sistemləri ilə təchiz olunub. Azərbaycan Ordusunun arsenalında müasir döyüş apara bilən tam yeni PUA-lar (Pilotsuz Uçuş Aparatı) da mövcuddur. Sadaladığım bu və ya digər amillər isə Ermənistanda ya yoxdur, ya da 1970-1980-ci illərin texnologiyalarıdır. Bütün bunları nəzərə alaraq demək olar ki, Ermənistanın bu dəfə Azərbaycan üzərində döyüş meydanında uğur əldə etmək şansı sıfıra bərabərdir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm
İrandan dəhliz açıqlaması: Xamenei Putinə mesaj göndərdi
17:02 06.11.2026
Dünya
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edildi
16:59 06.11.2026
Hadisə
“Tramp qalib gəlir və o, İran məsələsində haqlıdır”
16:38 06.11.2026
Gündəm
Elçin Əmirbəyov Litva XİN rəhbəri ilə görüşüb
15:35 06.11.2026
Gündəm
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
15:20 06.11.2026
Ekologiya